Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ölkəmizin ən qədim və ən nüfuzlu mədəniyyət ocaqlarından biridir. Onun səhnəsi illərlə ən möhtəşəm tamaşalara şahidlik etmiş, dünya dramaturgiyasının klassikləri burada canlandırılmış, yüzlərlə aktyor və sənət adamı bu məkandan sənət yoluna çıxmışdır. Belə bir mədəniyyət məbədinin idarə olunması, qorunub saxlanması və gələcək nəsillərə layiqincə ötürülməsi böyük zəkaya, mədəniyyətə sadiqliyə və milli düşüncəyə bağlılıq tələb edir. Məhz bu səbəbdən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin fəaliyyəti yalnız idarəçilik deyil – bir sənət missiyası, bir ideya yükü, bir mədəniyyət xidmətidir.Ədalət Hacıyev uzun illərdir mədəniyyət sahəsində əməyini əsirgəməyən, teatr dünyasını dərindən bilən və bu sahənin bütün incəliklərinə diqqətlə yanaşan peşəkar rəhbər kimi tanınır. Onun teatrın inkişafı üçün gördüyü işlər təkcə təşkilatçılıq çərçivəsində qalmır, bu fəaliyyət tamamilə yaradıcılıqla iç-içədir. Çünki teatr yalnız səhnə və zal deyil – ruhdur, sənətdir, yaradıcı nəfəsdir. Həmin nəfəsi yaşatmaq üçün böyük sevgi lazımdır, və Ədalət Hacıyev bu sevgini bütün varlığı ilə daşıyır.
Onun rəhbərliyi dövründə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı təkcə klassik əsərlərin səhnələşdiyi məkandan daha geniş bir platformaya çevrilib. Burada müasir dramaturgiya, dünya ədəbiyyatı və yerli əsərlər bir araya gətirilir, tamaşaçıya həm ənənəvi, həm də yenilikçi yanaşmalar təqdim olunur. Bu isə onu göstərir ki, Ədalət müəllim teatr sənətinin yalnız qoruması yox, eyni zamanda inkişaf etdirilməsi üçün də yorulmadan çalışır.
Ədalət Hacıyevin teatrda yaratdığı mühit xüsusidir. Burada hər bir aktyor, rejissor, texniki işçi, kollektivin hər üzvü özünü dəyərli hiss edir. O, komandanı sadəcə idarə etmir, onlarla birlikdə yaradır, düşünür, müzakirə edir, hər bir yaradıcı ideyanı dinləyir və dəstəkləyir. Teatrın uğurları məhz bu çevik işgüzarlığın, düzgün idarəetmənin və sistemli yanaşmanın nəticəsidir.
Bu gün Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı həm ölkə daxilində, həm də xaricdə keçirilən mədəni tədbirlərdə, festivallarda, səfərlərdə yüksək peşəkarlıqla çıxış edirsə, bu, rəhbərin strateji baxışının bariz göstəricisidir. Tamaşaların repertuar seçimi, səhnə tərtibatı, aktyor hazırlığı – bütün detallar dəqiqlik və sənət anlayışı ilə idarə olunur. Ədalət Hacıyev yaxşı bilir ki, səhnəyə çıxan hər tamaşa yalnız bir mədəni layihə deyil – ölkənin imicidir, xalqın mədəni səviyyəsinin aynasıdır.
Teatr yalnız sənət adamları üçün deyil, cəmiyyət üçün də bir məktəbdir. Ədalət Hacıyev bu fikrə daim sadiqdir. Onun təşəbbüsü ilə maarifləndirici layihələr, gənclər üçün yaradıcı proqramlar, teatr məktəbləri və uşaq tamaşaları həyata keçirilir. Çünki gələcəyin mədəniyyət işçiləri bu gün yetişdirilir. Teatr uşaqları səhnə ilə, ədəbiyyatla, musiqi ilə tanış edir, onlarda incəsənətə sevgi oyadır. Bu, bəlkə də gələcəkdə böyük aktyorların, rejissorların, yazıçıların yetişməsinə açılan yoldur.
Ədalət müəllim teatrın tarixinə və ənənəsinə yüksək hörmətlə yanaşır. O, bu məkanı yalnız qorumaqla kifayətlənmir, yeni bir mərhələyə daşımaq üçün ardıcıl şəkildə islahatlar həyata keçirir – modern səhnə texnologiyalarının tətbiqi, yeni yaradıcı iş birlikləri, beynəlxalq əlaqələrin genişləndirilməsi bu inkişaf xəttinin əsas istiqamətlərindəndir. Bu səbəbdən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu gün yalnız əsərlərin oynandığı bina yox, canlı sənət mərkəzinə çevrilib.
Ən önəmlisi, Ədalət Hacıyev sənəti ideologiya deyil, ideyanın təmiz ifadəsi kimi görür. Teatr onun üçün vətənə xidmətdir – ölkənin mədəniyyətini dünyaya tanıtmaq, xalqın mədəni yaddaşını qorumaq, dilin, ədəbiyyatın, estetik düşüncənin inkişafına xidmət etməkdir. Bu amal, bu təmizlik və bu peşəkar yanaşma onu həm işinə, həm də sənət irsinə bağlayan ən böyük dəyərdir.
Reallıq ondan ibarətdir ki, teatrın işıqları hər axşam yalnız səhnəni deyil, yüzlərlə tamaşaçının dünyasını işıqlandırır. Bu işığın yandırılması, davam etməsi və heç vaxt sönməməsi isə belə fədakar, vicdanlı və sadiq rəhbərlərin sayəsində mümkündür. Ədalət Hacıyev bu yükü yüksək məsuliyyətlə daşıyır.
O, illərdir mədəniyyət sahəsinə xidmət edir və hər addımı ilə sübut edir ki, mədəniyyət geridə qalan deyil – gələcəyi formalaşdıran ən böyük gücdür. Onun fəaliyyəti bu gün də, gələcəkdə də teatr tarixində öz izini qalacaq səviyyədədir.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı bu gün daha güclü, daha dinamik, daha yaradıcıdırsa, bu uğurun arxasında Ədalət Hacıyevin peşəkar dəst-xətti dayanır. O, təkcə teatrı idarə edən rəhbər deyil – mədəniyyətin daşıyıcısı, səhnənin qoruyucusu, sənətə sədaqətin simvoludur.
Belə insanlar mədəniyyətin susmaması, səhnənin boş qalmaması, sənətin daim yaşaması üçün çalışırlar. Ədalət Hacıyev kimi dəyərlər isə mədəniyyət tarixində hər zaman hörmətlə anılacaq.
Zəfərin Səsi - Azad Torpaqlarda Yenidən Doğulan Azərbaycan
8 noyabr Azərbaycan tarixinin ən parlaq, ən şərəfli səhifələrindən biridir. Bu gün, yalnız bir qələbənin yox, bütöv bir millətin yenidən dirçəlişinin rəmzinə çevrilmiş Zəfər Günüdür. 2020-ci ilin həmin möhtəşəm günündə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşanı işğaldan azad edərək, 28 illik həsrəti sona yetirdi. O gündən bəri Azərbaycanın tarixi yeni mərhələyə qədəm qoydu. Qarabağ artıq yalnız xəritədə yox, yenidən həyatın nəfəs aldığı doğma torpaq kimi qayıtdı.
Bu qələbə təkcə hərbi uğur deyildi — bu, ədalətin bərpası idi. İllərlə ürəyində vətən ağrısı gəzdirən milyonlarla insan üçün bu xəbər nəfəs kimi, ümid kimi gəldi. Zəfər Günü, Azərbaycan xalqının birliyi, iradəsi və yenilməzliyi ilə yazılmış bir tarixdir. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin də dediyi kimi, bu qələbə millətin xarakterinin, dövlətimizin gücünün və Prezident İlham Əliyevin siyasi iradəsinin parlaq təcəssümüdür.

Qarabağ torpaqları azaddır. Amma bu söz artıq yalnız şüar deyil. Dövlətimiz işğaldan azad edilmiş yerləri bərpa etməklə kifayətlənmədi, onları yenidən qurdu, yeni şəhərlər saldı, yeni evlər tikdi. Bu gün o torpaqlara həyat qayıdıb. Artıq Zəngilanda, Füzulidə, Cəbrayılda, Laçında, Şuşada insanlar öz doğma yurdlarına dönür, ocaqlar yanır, uşaq səsləri eşidilir. Bu gün azad Qarabağda məktəblər açılır, yollar çəkilir, havalimanları fəaliyyət göstərir. Bu, sadəcə tikinti deyil — bu, bir xalqın ruhunun bərpasıdır.
Ədalət Hacıyev bildirir ki, Qarabağda baş verən bu möhtəşəm bərpa prosesləri təkcə regionu deyil, bütövlükdə Azərbaycanı dəyişir. Çünki Qarabağ təkcə torpaq yox, milli kimliyimizin ən dərin qatıdır. Bizim musiqimizin, şeirimizin, teatrımızın, folklorumuzun nəfəsi oradan gəlir. Bu gün Şuşada keçirilən Vaqif Poeziya Günləri, Xarıbülbül Festivalı, mədəniyyət tədbirləri daima onu göstərir ki, bizim sənətimiz, mədəniyyətimiz, ruhumuz bu torpaqda yenidən doğulur.
Hər azad olunan kənd, hər tikilən ev, hər istifadəyə verilən yol Azərbaycan xalqının gücünün sübutudur. Dünyada analoqu olmayan “Böyük Qayıdış” layihəsi, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin tarixi missiyasının davamıdır. Bu gün artıq minlərlə ailə doğma yurduna dönüb. Köç karvanlarının yola çıxması illərdir gözlənilən sevincin gerçək olmasının ən böyük göstəricisidir.
Zəfər yalnız döyüş meydanında qazanılan uğur deyil. Zəfər həm də quruculuqdur. Dövlətimiz təkcə dağılan evləri deyil, dağıdılmış taleləri də bərpa edir. Qarabağda ən müasir məktəblər, xəstəxanalar, sənaye parkları, mədəniyyət ocaqları inşa olunur. Dünya bu inkişafı heyrətlə izləyir. Ədalət Hacıyev bunu Azərbaycan dövlətinin müasir dövrün ən böyük quruculuq layihələrindən biri kimi qiymətləndirir.
Bu beş il ərzində biz bir millət olaraq çox şeyə şahid olduq. Torpaqlarımızda yenidən bayrağımızın dalğalanması hər bir azərbaycanlının qürur mənbəyidir. Azərbaycan xalqı öz gücünü dünyaya göstərdi. Ermənistanın illərlə qurduğu miflər çökmüş, ədalət bərpa olunmuşdur. Məhz buna görə Zəfər Günü bir bayramdan daha çox, tarixin qələbəsidir.
Şuşa, Cıdır düzü, Gövhərağa məscidi, Qarabağın hər qarışı bu gün yenidən nəfəs alır. Konsertlər, festivallar, mədəni tədbirlər torpağın ruhunu qaytarır. Zəfərin səsi bu torpaqlarda sonsuza qədər eşidiləcək. Azərbaycan mədəniyyətinin qürur simalarından biri olan Ədalət Hacıyev bildirir ki, Qarabağ mədəniyyət beşiyi kimi yenidən dünya səhnəsində parlayacaq. Bu, artıq başlanmış prosesdir.
Bütün dünya gördü ki, Azərbaycan öz haqqını güc və ədalətlə bərpa etdi. Dövlətimizin siyasi iradəsi beynəlxalq arenada yeni söz sahibi olduğunu sübut etdi. Prezident İlham Əliyevin nüfuzu, diplomatik uğurları və qətiyyəti Azərbaycanı regionun liderinə çevirdi. Bu gün Azərbaycanla hesablaşırlar, Azərbaycanı dinləyirlər.
Qarabağda ucalan hər bina, çəkilən hər yol, salınan hər park bir mesajdır: “Bu torpaq bizimdir və sonsuza qədər bizim qalacaq.” Uşaqların doğma yurdlarında böyüməsi, insanların yenidən ocaqlarını yandırması tarixi ədalətin təntənəsidir.

Zəfər Günü bir millətin qürurudur. Hər il 8 noyabrda Azərbaycan xalqı şəhidlərini yad edir, qazilərini alqışlayır, ordusuna minnətdarlıq bəsləyir. Bu qələbəni bizə canından keçən qəhrəmanlar, sinəsini sipər edən igidlər, döyüşkən ordumuz qazandırdı. Onların ruhu qarşısında baş əyirik.
Bu gün Qarabağın hər daşı, hər ağacı, hər nəfəsi bir mesaj verir: Azərbaycan dirçəlir. Azərbaycan böyüyür. Azərbaycan güclənir. Zəfər Gününün məğzi də budur — dirçəliş, güc, qürur və gələcək.
Ədalət Hacıyev yazır ki, bu qələbə yalnız bir nəsil üçün yox, bütün gələcək nəsillər üçün örnəkdir. Biz uşaqlarımıza yalnız torpaq yox, özgüvən, qürur və azadlıq miras qoyduq. Bu miras nə vaxtsa tarix kitablarına deyil, insanların qəlbinə yazıldı.
Bu gün Azərbaycanda hər kəsin ürəyi Qarabağla döyünür. Biz artıq təkcə xatırlamırıq — biz yaşayırıq, qururuq, yaradırıq. Qələbənin ən böyük mənası da budur: dağıntının yerində həyatın yenidən çiçəkləməsi.
Zəfər Günün mübarək, Azərbaycan! Bu gün xalqımızın birliyi, ordumuzun gücü, dövlətimizin iradəsi və Prezident İlham Əliyevin siyasəti ilə əldə edilən qələbənin beşinci ili tamam olur. Artıq Qarabağ bizimlədir, biz də Qarabağdayıq. Qoy bu torpaqların üzərində sülh, həyat və xoşbəxtlik daim var olsun.
Azərbaycan qalib dövlətdir, qalib xalqdır. Bu qələbə əbədi yaşayacaq, Zəfərin səsi heç vaxt susmayacaq.