Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”.

Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti prosesi və diplomatik fəaliyyəti gücləndirmək niyyətindədir.

Oxşar xəbərlər