Azərbaycan ŞƏT-ə daxil ola bilər

Azərbaycan ŞƏT-ə daxil ola bilər “Müşahidəçilər ilə qarşılıqlı əməkdaşlıq üzrə yeni səviyyə əldə olunub”

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycana dialoq üzrə tərəfdaş statusu vermək üçün memorandum imzalamağa hazırdır.

TASS-ın məlumatına görə, bu barədə ŞƏT-in baş katibi Dmitriy Mezençev bildirib.

D.Mezençev “ŞƏT-in başa çatmaqda olan ildə həll etdiyi ən mühüm məsələlər” barədə məlumatı Rusiyanın xarici işlər naziri Serqey Lavrova təqdim edib.

“Bəli, qeyd olunub ki, müşahidəçilər ilə qarşılıqlı əməkdaşlıq üzrə yeni səviyyə əldə olunub. Buna Çjençjouda (Çin) "6+6" formulu üzrə hökumət rəhbərlərinin görüşündə Belarusun ilk dəfə ümumi müzakirələrdə bərabərhüquqlu səviyyədə iştirak etməsi misal ola bilər. Mən naziri başa çatmaqda olan işlər və gələn ilin əvvəlində Azərbaycan, Ermənistan və Nepala dialoq üzrə tərəfdaşlıq statusunun verilməsinə dair memorandumları imzalamağa hazır olduğumuz barədə məlumatlandırdım”.

Oxşar xəbərlər