Bakının zonaları təsdiqləndi – MÜHÜM QƏRAR

Bakının zonaları təsdiqləndi – MÜHÜM QƏRAR Nazirlər Kabineti qərar verib

Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”ni təsdiq edib.

Sənədə görə, Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 12 zona müəyyənləşib. Təsdiq olunan zonalar aşağadakı sərhədlərlə müəyyən olunub.

Zona 1.
Sərhədləri:
Əl Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək.

Zona 2.
Sərhədləri:
Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə kəsişməsindən başlayaraq, şimal istiqamətində Hüsü Hacıyev küçəsi üzrə Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə şimal istiqamətində Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə şərq istiqamətində Xətai prospekti ilə kəsişənədək, bu kəsişmə yerindən metronun “28 May” stansiyası və Dəmir Yolu Vağzalı daxil olmaqla, Puşkin küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində küçənin Hüsü Hacıyev küçəsi ilə kəsişdiyi yerədək.

Zona 3.
Sərhədləri:
Şəhidlər Xiyabanından başlayaraq, şimal istiqamətində Mehdi Hüseyn küçəsi üzrə Nəriman Nərimanov prospektinədək, Nəriman Nərimanov prospekti üzrə İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə cənub istiqamətində Süleyman Vəzirov küçəsi ilə kəsişənədək, Süleyman Vəzirov küçəsi üzrə şərq istiqamətində Xaqani Rüstəmov küçəsi ilə kəsişənədək, Xaqani Rüstəmov küçəsi üzrə cənub istiqamətində Dənizkənarı küçəni kəsərək keçən düz xəttin dənizin sahil xətti ilə kəsişməsinədək, dənizin sahil xətti üzrə qərb istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə şimal istiqamətində Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində Puşkin küçəsi ilə kəsişənədək, Puşkin küçəsi üzrə şimal istiqamətində Dəmir Yolu Vağzalının şərq tərəfindən keçərək Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə qərb istiqamətində Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə cənub istiqamətində Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə qərb istiqamətində Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə cənub istiqamətində İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə qərb istiqamətində Niyazi küçəsi ilə kəsişənədək, Niyazi küçəsi üzrə cənub istiqamətində Mikayıl Hüseynov prospekti ilə kəsişənədək, Mikayıl Hüseynov prospekti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək, Əl Oyunları stadionundan Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək.

Zona 4.
Sərhədləri:
Şəhidlər Xiyabanından başlayaraq, Azərbaycan Respublikasının Milli Məclisi və hərbi hissənin stadionu daxil olmaqla, şimal istiqamətində Yasamal rayonunun inzibati sərhədi üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov prospektləri kəsişənədək, Nəriman Nərimanov prospekti üzrə cənub istiqamətində Mehdi Hüseyn küçəsi ilə kəsişənədək, Mehdi Hüseyn küçəsi üzrə cənub istiqamətində Şəhidlər Xiyabanınadək.

Zona 5.
Sərhədləri:
Metronun “20 Yanvar” stansiyasından başlayaraq, cənub istiqamətində Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə cənub istiqamətində İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə cənub istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə qərb istiqamətində Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək, Həsən bəy Zərdabi və Mətbuat prospektləri üzrə cənub istiqamətində Abbas mirzə Şərifzadə küçəsi ilə kəsişənədək, Abbas mirzə Şərifzadə küçəsi üzrə şimal istiqamətində Müzəffər Həsənov küçəsi ilə kəsişənədək, Müzəffər Həsənov küçəsi üzrə qərb istiqamətində Ülvi Bünyadzadə küçəsi ilə kəsişənədək, Ülvi Bünyadzadə küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva prospekti üzrə cənub istiqamətində metronun “20 Yanvar” stansiyasınadək.

Zona 6.
Zona 6.1.

Sərhədləri:
İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən başlayaraq, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə qərb istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə şimal istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şimal istiqamətində 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə qərb istiqamətində Moskva prospekti ilə kəsişənədək.

Zona 6.2.
Sərhədləri:
2-ci köndələn küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, şərq istiqamətində Nizami rayonunun inzibati sərhədi boyunca metronun “Koroğlu” stansiyasınadək, metronun “Koroğlu” stansiyasından başlayaraq, cənub istiqamətində Qara Qarayev prospekti üzrə Bəhruz Nuriyev küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə cənub istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmiryol xətti ilə kəsişənədək, dəmiryol xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə bu küçənin Heydər Əliyev prospekti ilə kəsişdiyi yerədək.

Zona 6.3.
Sərhədləri:
Əl Oyunları stadionundan başlayaraq, şimal-şərq istiqamətində 3-cü zonanın sərhədi üzrə Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək, Şəhidlər Xiyabanından şimal istiqamətində 4-cü zonanın Azərbaycan Respublikası Milli Məclisinin və hərbi hissənin stadionunun yanından keçən sərhədi ilə Səbail rayonunun inzibati sərhədinin Mətbuat prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişənədək, bu kəsişmə yerindən qərb istiqamətində Səbail rayonunun inzibati sərhədi üzrə cənub-qərb istiqamətində davam edir və bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir.

Zona 6.4.
Sərhədləri:
Heydər Əliyev Beynəlxalq Aeroportunun və aeroport yarmarkasının yerləşdiyi ərazi.

Zona 7.
Sərhədləri:
Metronun “20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmiryol xətti ilə kəsişənədək, dəmiryol xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.

Zona 8.
Sərhədləri:
Dənizin sahil xəttindən başlayan və şimal istiqamətində Xaqani Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə kəsişməsinədək, Süleyman Vəzirov küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə şimal istiqamətində Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi üzrə qərb istiqamətində Qara Qarayev prospekti ilə kəsişənədək, Qara Qarayev prospekti üzrə şimal istiqamətində Böyük Şor küçəsi ilə kəsişənədək, Böyük Şor küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şimal istiqamətində Böyük Şor gölünün sahilinədək, Böyük Şor gölünün sahili üzrə şərq istiqamətində Böyük Şor şosesi ilə kəsişənədək, Böyük Şor şosesi üzrə şimal istiqamətində Sabunçu dairəsinədək, Sabunçu dairəsindən şəhər şosesi üzrə şimal istiqamətində Sabunçu qəsəbəsinin şimal sərhədi boyunca şərqə doğru Suraxanı rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Suraxanı rayonunun sərhədi üzrə cənub istiqamətində sərhədin Məmmədhəsən Hacınski küçəsi ilə kəsişməsinədək, Məmmədhəsən Hacınski küçəsinin Nizami İsmayılov küçəsi ilə kəsişənədək, Nizami İsmayılov küçəsi üzrə qərb istiqamətində Əhməd Möhbalıyev prospekti ilə kəsişənədək, Əhməd Möhbalıyev prospekti üzrə cənub istiqamətində Xətai rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Xətai rayonunun sərhədi üzrə cənub istiqamətində davam edərək, bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir.

Zona 9.
Zona 9.1.

Sərhədləri:
Babək prospektinin 3-cü dairəvi küçə ilə kəsişdiyi yerdən başlayaraq, dəmiryol xətti üzrə cənub istiqamətində Aşıq Ələsgər küçəsinədək, Aşıq Ələsgər küçəsi üzrə şərq istiqamətində Məhəmməd Hadi küçəsi ilə kəsişənədək, Məhəmməd Hadi küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində prospektin 3-cü dairəvi küçə ilə kəsişməsinədək.

Zona 9.2.
Sərhədləri:
Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri və bu rayonun digər zonalarla əhatə olunmayan əraziləri.

Zona 10.
Zona 10.1.

Sərhədləri:
Yasamal rayonunun digər zonalarla əhatə olunmayan hissəsi.

Zona 10.2.
Sərhədləri:
Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri.

Zona 10.3.
Sərhədləri:
Binəqədi rayonunun Binəqədi qəsəbəsinin cənub sərhədi üzrə şərqdən qərbə doğru keçən xəttin şimalında yerləşən və digər zonalarda göstərilməyən ərazisi.

Zona 10.4.
Sərhədləri:
Pirallahı rayonunun ərazisi.

Zona 11.
Sərhədləri:
Zığ, Sahil, Ramana, Zabrat qəsəbələri.

Zona 12.
Sərhədləri:
Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan əraziləri.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, fiziki şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla hesablanır. Bu zaman bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunacaq. Bakıda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal 1-ci zona üzrə 4, ikinci zona üzrə 3, 3-cü və 4-cü zona üzrə 2,2, 5-ci və 6-cı zona üçün 1,8, 7-ci,8-ci və 9-cu zona üçün 1,5, 10-cu,11-ci və12-ci zona üçün 1,2-dir.Məsələn, Bakıda 1-ci zonada hər hansı fərdi şəxs mülkiyyətində olan 60 kv.m mənzili satarkən 3600 manat (60 kvm*15AZN*4=3600 manat), 12-ci zonada hər hansı fərdi şəxs 60 kv.m mənzilini satarkən 1080 manat (60 kvm*15AZN*1,2=1080 manat) vergi ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şirkətlər tikilən binanın qeyri-yaşayış sahələrini, habelə mülkiyyətlərində olan binaların qeyri-yaşayış sahələrinin satan fiziki şəxslər isə sadələşdirilmiş vergi verərkən vergi hesablanmış məbləğə əlavə olaraq1,5 əmsal tətbiq edilməklə hesablanacaq.

Xatırladaq ki, yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən mülkiyyətində olan mənzil sahəsi ilə bağlı bu vergiyə cəlb olunmayacaq şəxslər də müəyyənləşdirilib. Mənzil və ya qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna əsasən fiziki şəxslərə ödənilən kompensasiya, aktivlər ər və arvad arasında verildikdə , aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə, nəhayət, fiziki şəxslər azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini satan zaman vergiyə cəlb olunmur.

Oxşar xəbərlər