Asiya və Uzaq Şərq ölkələrini Avropa ilə dəmiryol üzərindən birləşdirəcək “İpək yolu” layihəsinin ən vacib hissəsi olan xətt istifadəyə hazırdır
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Pekindən Londona qədər yolu birləşdirən layihənin ən önəmli hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryol xətti bu il tam istifadəyə veriləcək. Xəttin açılışı ilə tarixi “İpək yolu” layihəsi yenidən həyata vəsiqə ala biləcək.
Türkiyənin “Akşam” qəzetinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, yaxın günlərdə BTQ-nin tamamlanması başa çatan kimi dəmiryolu test ediləcək. Belə ki, Pekindən yola çıxan qatar sıra ilə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə gələcək, burada Anadolunu keçib Trakya üzərindən Yunanıstana, oradan isə İtaliya və Fransaya gedəcək, ən son La-Manş dəniz tunelindən İngiltərəyə çatacaq.
Diplomatik mənbə qeyd edib ki, “İpək yolu” layihəsinə start verilən kimi Avropa və Asiya arasında əsas marşrutu əlində saxlayan Rusiyaya ehtiyac qalmayacaq.
“Bu, Türkiyənin regional gücünü artıracaq, həmçinin, türkdilli dövlətlərin, xüsusilə Azərbaycanın gücünə güc qatacaq”, - deyə mənbə vurğulayıb.