
Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkəsindəki hesabında yazıb.
"İlham Əliyevlə Paşinyan uzun müddətdir ki, danışırlar, lakin ABŞ prezidentinin müdaxiləsi sürətlənib. Bu gün dünya tarixində Qafqazın Rusiyanın pəncəsindən azad olunduğu tarix olaraq qalacaq. Bu gün dünya tarixində qalacaq. Bu gün Qafqazın Rusiyanın pəncəsindən azad olunduğu tarix kimi qalacaq", - Saakaşvili qeyd edib.
O əlavə edib ki, Rusiya artıq rəsmən Cənubi Qafqazın üç ölkəsindən ikisində hegemonluğunu itirib və Gürcüstan üzərində nəzarəti özündə saxlayır.