
Bunu ABŞ dövlət katibinin müavini Kristofer Landau X (tviter) sosial şəbəkəsində yazıb.
“Prezident Donald Tramp və vitse-prezident J.D.Vens öz administrasiyasında hamımıza açıq şəkildə bildirdilər ki, məqsədimiz sülhü təşviq etməkdir. Bu, istər Hindistan-Pakistan, istər Rusiya-Ukrayna, istərsə İsrail və onun qonşuları, Konqo Demokratik Respublikası-Ruanda, istərsə də Ermənistan-Azərbaycan və ya başqa yerlərdə olsun”, - o qeyd edib.
O əlavə edib ki, diplomatlar kimi düzünü desə, insanlar olaraq - müharibələrin qarşısını almağa və ya dayandırmağa çağırılıblar: “Biz fəxr edirik ki, komandamız bu gün bu vədi yerinə yetirə bildi və ehtiyatlılıq və təmkinlilik nümayiş etdirdiyi üçün Hindistan və Pakistan rəhbərliyini alqışlayırıq”.