Pakistan Kəşmirin ona məxsus bölgəsinə Hindistan hərbi aviasiyasının hücumunu regiondakı sabitliyə təhlükə yaradan təcavüz hərəkəti hesab edərək buna müvafiq cavab verəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
“Pakistan XİN-in xarici işlər katibi Hindistan səfirliyinin müvəqqəti işlər vəkilini dəvət edərək rəsmi Dehlinin bu təcavüzü nəticəsində regionda sabitliyə təhlükə yarandığını, İslamabadın buna özü üçün sərfəli vaxtda müvafiq cavab verəcəyini ona qətiyyətli tərzdə bildirib”, – deyə Pakistan XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Hindistanın döyüş təyyarələri Kəşmirin Pakistana məxsus hissəsindəki Balakot məntəqəsində “Cəiş e-Məhəmməd” radikal qrupunun təlim düşərgəsinə zərbə endirib. NDTV-nin verdiyi xəbərə görə, nəticədə 325 yaraqlı və 25-27 təlimçinin olduğu düşərgədə 300-dən artıq terrorçu, habelə çoxlu sayda silah-sursat məhv edilib. Hindistanın xarici işlər katibi Vicay Qoxale adıçəkilən qrupun Hindistanın müxtəlif bölgələrində terror hücumları hazırladığına görə həmin hava əməliyyatının tamamilə zəruri olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 14-də Cəmmu və Kəşmir ştatında hərbi karvana edilən hücümü Pakistanda fəaliyyət göstərdiyi bildirilən “Cəiş e-Məhəmməd” təşkilatı üzərinə götürmüşdü. Həmin hadisə iki ölkə arasında, onsuz da, mürəkkəb olan münasibətləri daha da gərginləşdirib.