Pakistanın qısa tarixi-siyasəti

Pakistanın qısa tarixi-siyasəti PAKİSTAN İSLAM RESPUBLİKASI HAQQINDA ÜMUMİ MƏLUMAT

Ölkənin rəsmi adı: Pakistan Islam Respublikası (1956- cı ildən).

Yarandığı tarix: 14 avqust 1947-ci il. Bu tarixdən 1956-cı il Konstitusiyasının qəbulunadək Pakistan rəsmən Qərbi Pakistan (indiki Pakistanın ərazisi) və Şərqi Pakis- tan (indiki Banqladeşin ərazisi) olaraq federativ quruluşa və hakimiyyətə malik olmuşdur. 30 mart 1970-ci ildə prezident Yəhya Xanın fərmanı ilə Qərbi Pakistan adı ləğv olunmuş, həmin ərazini təşkil edən 4 əyalət formalaşdırılmışdır: Pəncab, Sind, Bəlucistan və Şimal Qərb Sərhəd Əyaləti (indiki Xeybər-Paktunkva). 1971-ci ildə Şərqi Pakistan ayrılaraq müstəqil Banqladeş Respublikasını təşkil etmişdir. Hazırda Pakistan həmin 4 əyalətdən və 3 ərazi vahidindən ibarətdir: Gilgit-Baltistan, İslamabad Paytaxt Ərazisi və Azad Kəşmir.

Hakimiyyət forması: Konstitusiyaya uyğun sivil (mülki) demokratik, parlamentli idarəçilik.

Dövlət başçısı: Prezident
Hökumət başçısı: Baş Nazir

Parlament: İki palatalı - Milli Assambleya və Senat Devizi (şüarı): urduca "İman, İttihad, Nizam"; ingiliscə "Faith, Unity, Discipline".

Parlament

Urduca "Məclisə Şura Pakistan" deyilir. 2018-ci ildə sonuncu seçkilər keçirilib. Federal və ali qanunverici or-qandır. İki palatadan: Senat və Milli Assambleya ("Natio- nal Assembly" urduca "Qövmi Assambly"). Parlament üzvləri beş illiyə seçilirlər.

Pakistan Parlamenti 1956-cı ildə formalaşıb. Seçkilərdə qalib gələn partiyanın, ya koalisiyanın liderini Milli Assambleya Baş nazir seçir. Parlamentdə cəmi 442 üzv vardır, 100-ü senator, 342 Milli Assambleya üzvüdür (MNA). Milli Assambleyada qadınlar üçün 60 yer, dini azlıqlar üçün 10 yer ayrılır. Baş nazirin seçilməsi üçün 172 səs yetərlidir.

Hazırda Senatın sədri Sadiq Səncrani, Milli Assambleyanın spikeri Raca Pərviz Əşrəfdir.

Ali məhkəmə

Pakistan məhkəmə sistemində ali orqan Ali Məhkəmədir. Ali Məhkəmənin sədri Ömər Ata Bandialdır. Sivil məhkəmə orqanları ilə yanaşı, ölkə üzrə Federal Şəriət Məhkəməsi, əyalətlərdə isə şəriət məhkəmələri öz səlahiy- yət dairələri çərçivəsində fəaliyyət göstərir. Tayfaların sakin olduğu ərazilərdə məhkəmə sisteminin fəaliyyəti zəifdir, çünki törələr hələ də öz mövqeyini saxlamaqdadır.

- Pakistanın milli təhlükəsizlik və müdafiə sistemi

Kəşmirlə əlaqədar 1948, 1965-ci illərdə, Şərqi Pakistan adlanan Benqalla əlaqədar isə 1971-ci ildə meydana gələn Pakistan-Hindistan müharibələri Pakistan dövlətini böyük və güclü ordu yaratmağa, ehtibarlı təhlükəsizlik sistemi qurmağa məcbur etmişdir.

Pakistan Ordusuna dörd ulduzlu general başçılıq edir və o, Ordu Heyətinin Rəhbəri (Chief of Army Staff) adlanır. Müharibə şəraitində ölkənin bütün silahlı qüvvələri Ordu Heyəti Rəhbərinin əmrində olur. Onun hərbi rütbəsi "General"dır, ondan aşağı endikcə rütbələr belədir: leytenant-general, mayor-general, briqader-general). Ordunun qərargahı paytaxtın yaxınlığındakı Rəvalpindi şəhərindədir. Dəniz qüvvələri komandanlığının da baş qərargahı İslamabadda yerləşir. Hava qüvvələri komandanlığı Çaklaladadır. Bundan əlavə silahlı qüvvələr sırasında yarı hərbi qüvvələr, sərhəd - jandarm, dəniz təhlükəsizliyi, sahil mühafizə və s. kimi qurumlar da vardır.

Pakistan ordusu dünyanın altıncı böyük ordusu olmaqla bir milyon nəfərdən artıq hərbi, yarımhərbi silahlı qüvvələrdən ibarətdir. Pakistan nüvə silahına və onu hədəfə çatdıran daşıyıcı vasitələrə malikdir.

Pakistanın milli təhlükəsizlik sistemində Ordu və 1947-ci ildə yaradılmış Xidmətlərarası Kəşfiyyat Xidməti (İnter Services İntelligence- İSİ) əhəmiyyətli rol oynayır.

Müəllifi: Pakistanın milli şairi Məhəmməd Hafız Calandəri (1900-1982)

Pak sərzəmin şad bad
Kişvar-i həsin şad bad.
Tu nişan-i əzm-e alişan
Ərz-i Pakistan!
Mərkəz-i yəqin şad
Pak sərzəmin ka nizam
Qüvvət-i uxuvvət-i əvam
Qövm, mülk, səltənət
Paində tabində bad!
Şad bad mənzil-i murad.
Pərçəm-i sitarə o hilal
Rəhbər-i tərəqqi o kamal
Tərcüman-i mazi,şan-i hal
Can-i istiqbal!
Saye-yi xuda-yi zülcəlal.



Şad ol, pak torpaq!
Şad ol, yaxşılıq ölkəsi!
Sən ali əzmin rəmzisən
Pakistan torpağı!
Şad ol, imanın mərkəzi!
Pak torpağın nizamı
Xalqın qardaşlıq qüvvəsi.
Millət, ölkə, dövlət
Əbədiyyən parla!
Şad ol, muradın məskəni!
Ayparalı və ulduzlu bayraq
Tərəqqi və kamilliyin rəhbəri.
Keçmişin ifadəsi, indinin şöhrəti, Gələcəyimizin cam!
Qadir Allahın kölgəsi!


(Urducadan tərcümə Vüsal Hümbətzadənindir)

Ümumi ərazisi: Pakistan 796 095 min kv. kilometr əraziyə malik olmaqla dünya dövlətləri sırasında 33-cü yerdə durur, əyalətlər üzrə: Belucistan 347 190 min kv. km, Poncab 205 344 min kv.km., Sind 140 914 min kv.km., Xeybər Paktunkva 74521 min kv. km., Federal İdarəli Tayfa Əraziləri 27 220 min kv.km. və paytaxt Islamabad 906 kv. kilometr. Pakistanın Ərəb dənizi və Oman körfəzi boyunca 1046 km sahil xətti var. Şərqdə Hindistan, qərbdə Əfqanıstan, cənub-qərbdə İran, şimal- şərqdə Çinlə həmsərhəddir.

Pakistan İndoneziyadan sonra ikinci böyük müsəlman ölkəsidir.

Əhalisi: 227 milyon nəfər (2022-ci ilin yanvarına olan məlumat), əhalinin təbii artımı 2 faizdir. Əhalinin əyalət və ərazilər üzrə yerləşməsi aşağıdakı kimidir: Belucistan- 12,3 mln, Pəncab-110 mln, Sind- 47,8 mln, Xeybər- Paktunkva- 40,5 mln., Gilgit-Baltistan-1,8 mln., İslamabad Paytaxt Ərazisi- 2,8 mln., Azad Kəşmir- 4,6 mln.nəfər.

Ümumdaxili məhsul -adambaşına 5973 ABŞ dolları təşkil edir.

Dini mənsubiyyət: müsəlmanlar - 97 faizə yaxın, xristianlar və digər dinlərin mənsubları - 3 faizdən bir qədər artıq.

Pul vahidi: Pakistan rupisi.

Dil: milli (dövlət) dili - urdu, rəsmi dili - ingilis.

Regional dillər və bu dillərdə danışanların ümumi əhali üzrə faizlə təqribi göstəriciləri: Pəncabi- 39 faiz, Puştu- 18 faiz, Sindi-15 faiz, Səraiki-12 faiz, Bəluci-3 faiz, Kəşmiri- 2,03 faiz, Hindko- 2 faiz, Brahvi-1 faiz, potvari-1 faiz, və başqa dillər və mənsubları.

Məlum olduğu kimi, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının xarici siyasətində Asiyanın cənubunda yerləşən, bloklara qoşulmamaq hərəkatının iştirakçısı, region və dünya siyasətində özünəməxsus yeri olan Pakistan İslam Respublikası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi başlıca yerlərdən birini tutdu.

Ölkəmizdə Pakistan dövlətinə və xalqına hər zaman xüsusi rəğbət və məhəbbət olub. 44 günlük Vətən müharibəsinin gedişində sınaqdan çıxan möhkəm dostluq və qardaşlıq münasibətləri onun tarix və mədəniyyətinə marağı daha da artırdı. Xüsusilə də, Pakistan xalqının və dövlətçilik tarixinin keçdiyi yol, xalqlarımızın bugünki qardaşlıq bağlarının hansı tarixi köklərə dayanması, strateji tərəfdaşlığımızın hazırki səviyyəsinə çatmaq üçün həyata keçirilən dövlət siyasəti, əməkdaşlığımızın gələcək perspektivləri kimi məsələlərin araşdırılması zərurətə çevrilib.

Bu il Azərbaycan Respublikası və Paksitan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Ötən illərdə qarşılıqlı münasibətlər böyük bir yol keçib və zəngin tarixi təcrübəsi toplanıb. Əməkdaşlığımız siyasi-diplomatik, ticarət-iqtisadi, elmi- texniki, humanitar, mədəni, hərbi və b. sahələri əhatə edə- rək dərinləşib.

Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıdı. Bununla da Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan üçüncü ölkə oldu. Qarşılıqlı münasibətlərin keçdiyi yola qısa nəzər yetirilməsi münasibətlərin daim genişləndirilməsi və dərinləşdirilməsini göstərir. Belə ki, tanın- ma haqqında qərardan az sonra, dekabr ayının sonlarında Pakistan nümayəndə heyəti Bakıya səfər etdi. Səfər zamanı Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü məsələsi müzakirə edildi və bu barədə razılıq əldə olundu.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da quruldu. Bir müddət keçmiş, 1993-cü il yanvarın 27- də Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İslamabadda səfirliyinin açılması haqqın- da 478 saylı qərar qəbul etdi. Lakin o vaxtlar bu qərarı reallaşdırmaq mümkün olmadı. Bundan fərqli olaraq hə- min il martın 12-də Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında səfirliyi açıldı.

İki ölkə arasında münasibətlər qurularkən Azərbaycan Respublikası işğalçı Ermənistanın hərbi təcavüzünə mərzuz qalmışdı və əraziləri bir-birinin ardınca işğal edilirdi. Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına və Azərbaycana qarşı hərbi təcavüzü həyata keçirməsinə biganə qalmayan Pakistan birmənalı olaraq onu pislədi. Bu mövqe Kəlbəcər işğal olunduqda özünü qəti şəkildə gös tardi. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının islasında Pakistanın sədrliyi altında 822 saylı qətnamə qəbul edildi. Qətnamənin qəbulu zamanı Pakistanın tutdu- ğu mövqe Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə münasibətinin aydın və konkret göstəricisi idi. Pakis- tan dövləti Ermənistanın hərbi təcavüzünü ittiham etməklə yanaşı, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgə sindən və ətraf rayonlardan didərgin düşmüş məcburi köçkünlərə dəyəri 1 milyon dollar olan 25 tondan artıq humanitar yardım göndərdi. Bu addım çətin anlarda dostluq və qardaşlıq hisslərinin əməli işdə nümayişi idi.

Pakistan ilə münasibətlərin inkişafında yeni mərhələ 1993-cü ilin ortalarından başladı. Azərbaycan Respublikası- nın Prezidenti Heydər Əliyev 1994-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı münasibətlərinin inkişafından ötrü zəruri tədbirlər həyata keçirdi. Bir sıra saziş və müqavilə- lərin imzalanması məqsədi ilə Pakistanın xarici işlər naziri Sərdar Asif Əhməd həmin il yanvarın 24-də Bakıya rəsmi səfərə gəldi. Səfər zamanı iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr haqqında protokol imzalandı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliye- vin dəvəti ilə Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari 1995-ci il oktyabrın 9- 11-də Bakıya rəsmi səfər etdi. Bu, Pakistan dövlət başçısı- nın Azərbaycana ilk səfəri idi. Danışıqlarda ikitərəfli siyasi və iqtisadi əlaqələri genişləndirmək məsələləri müzakirə edildi. İmzalanan sənədlər arasında iki ölkə arasın- da 11 maddədən ibarət əməkdaşlıq haqqında müqavilə xü- susi yer tutur və yeni perspektivlər açırdı.dop

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliye- vin 1996-cı il aprelin 9-11-də Pakistanda rəsmi səfəri zamanı Prezident Fərrux Əhməd xan Leqari və Baş nazir Benazir Bhutto ilə keçirdiyi danışıqlarda ikitərəfli va regional məsələlər müzakirə edildi. İslamabadda Azərbay. can Respublikasının səfirliyinin açılması, iki ölkə arasında nümayəndə heyətlərinin mübadiləsini artırmaq məqsədilə məsləhətləşmələrin aparılması, parlamentlərarası əlaqələ rin daha da genişləndirilməsi, beynəlxalq təşkilatlarda Pakistanın köməyindən istifadə olunması, həmin təşkilatlar yanındakı daimi nümayəndəliklərin daha sıx əməkdaşlıq etməsi və s. məsələlərə dair fikir mübadiləsi aparıldı.

Böyük tarixi əhəmiyyət daşıyan səfər zamanı qarşılıqlı münasibətlərin dərinləşdirilməsi istiqamətində vacib təd- birlər müəyyənləşdirildi. İki ölkə arasında siyasi, hərbi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələ- ləri müzakirə edildi və müvafiq sənədlər imzalandı. Bu sənədlər qarşılıqlı münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirir və inkişafına yeni keyfiyyət halı verirdi.

Azərbaycan Prezidentinin Pakistana səfəri iki ölkə ara- sında müdafiə sahəsində əməkdaşlıq üçün imkanlar açdı. Ermənistanın hərbi təcavüzünün nəticələrinin davam etdiyi bir şəraitdə bu sahədə əməkdaşlıq xüsusilə əhəmiyyətli idi. Belə bir şəraitdə Pakistan ilə münasibətlərə xüsusi yer verən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il aprelin 18-də imzaladığı fərmana uyğun olaraq Təbrizdəki baş konsul Eynulla Mədətli vəzifəsindən geri çağırılaraq Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edildi. Münasibətləri yeni keyfiyyət halına çıxa- ran bu addımdan sonra iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə daha da genişləndi. Bir neçə faktın sadəcə sada- lanması qarşılıqlı münasibətlərin inkişaf dinamikasını təsdiq edir. Məsələn, müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək məqsədi ilə Pakistanın müdafiə nazirinin 2002-ci il sentyabrın 16-20-də Azərbaycana səfəri zamanı Azər- baycan Respublikası hökuməti və Pakistan Islam Respublikası hökuməti arasında 17 maddədən ibarət müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandı.

Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığı da inkişaf edirdi. Bu baxımdan 2003-cü il sentyabrın 2-3-də Islamabadda keçirilən iki ölkə arasında birgə komissiyanın iclası əhəmiyyətli oldu.

Pakistan Islam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 2004-cü il iyunun 8-də rəsmi səfər zamanı keçirilən danışıqlarda iki dövlətin bir-birinə dəstəyi və əməkdaşlığı daha da genişləndirmək arzusu ifadə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il aprelin 12-də Pakistana rəsmi səfəri iki ölkə arasın- da münasibətlərdə yeni səhifə açdı. Pakistan Prezidenti Azərbaycan Prezidentinə müraciətlə dövlətinin mövqeyini qətiyyətlə belə ifadə etdi: "Biz, Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləmişik və bu mövqeyimizə bu- ndan sonra da sadiq qalacaq, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyik. "

Həmin gün Azərbaycan Prezidentinin şərəfinə verdiyi ziyafətdə Prezident Pərviz Müşərrəf vurğuladı: "Bizim ümumi mədəni dəyərlərimiz var, arzu və duyğularımız eynidir. Dilimiz və ədəbiyyatımızda ümumi meyarlar çoxdur. Danışıqda istifadə etdiyimiz minlərlə ümumi söz var. Nizami Gəncəvidən tutmuş Sahib Təbriziyə qədər Azərbaycan şairləri Pakistanda maraqla oxunur... Ürəklərimiz bir döyünür. Biz bütün sahələrdə bir-birimizə yaxınıq".Prezident İlham Əliyev 2012-ci il oktyabrın 16-da İslam Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısında iştirak edən Pakistan Islam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə görüşərək ikitərəfli münasibətlərin geniş tərəflərinə dair məsələləri müzakirə etdi.

Pakistan Prezidenti Məmnun Hüseynin 2015-ci il mar- tın 11-də Azərbaycana səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" qarşılıqlı münasibətləri yeni, daha yüksək səviyyəyə çıxarırdı. Birgə Bəyannaməyə qiymət verən Prezident İlham Əliyev bildirirdi ki, bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm mərhələdir. Biz dostuq. qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqları- mız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.

Prezident İlham Əliyevin Pakistanın Baş naziri Nəvaz Şəriflə Davosda 2016-cı il yanvarın 21-də görüşü münasibətlərin perspektivləri baxımından əhəmiyyətli idi.

Baş nazir Nəvaz Şərifin 2016-cı il oktyabrın 14-də Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin səviyyəsini aşağıdakı kimi ifadə etdi: "Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Er- mənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırım kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik"!

Prezident İlham Əliyevin 2017-ci il fevralın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitinin işində iştirak etmək məqsədilə Pakistana səfəri zamanı Prezident Məmnun Hüseyn və Baş nazir Nəvaz Şəriflə keçirdiyi görüşlər, müzakirələrdə müdafiə sənayesində iki ölkənin konkret layihə və təkliflərinin müzakirəsi əhəmiyyətli idi. Pakistanın yüksək hərbi sənaye məhsullarının Azərbaycana idxalına dair razılaşmalar əldə edildi.

Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün 2018-ci il iyunun 25-də ölkəmizə səfərə gəlmiş Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübeir Mahmud Həyatı qəbul edərkən söylədiyi aşağıdakı sözlər münasibətlərimizin dərinliyinin göstəricisi idi: "Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin silahlı qüvvələrinin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir".

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 26-da Bakıda Pakistan Prezidenti Arif Alvi ilə görüşü, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova- nım 2021-ci il iyunun 4-də Pakistana rəsmi səfəri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə görüşləri əməkdaşlığın davamlı inkişafına əhəmiyyətli təsir etdi. İki ölkə arasında olan belə misalların sayını daha da artırmaq olar. Ancaq ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan Respublikası-Pakistan İslam Respublikası münasibətləri 30 ildə böyük inkişaf yolu keçərək, genişlənib, dərinləşib, möhkəmlənib və strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb.

ADU-nun fəxri məzunu, Pakistanın Azərbaycandakı sabiq səfirinin köməkçisi Vüsal Hümbətzadə

Oxşar xəbərlər