22 oktyabr, 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Dəyirmi masanın mövzusu “COP29- Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilib.
Dəyirmi masanı giriş nitqləri ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM)İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.
STM rəhbəri Zahid Oruc “COP29: Qlobal İqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri” mövzusuna toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında insan amili,başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. Bu sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə,ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxundu.
XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş vermiş və beləliklə, ciddi ekoloji disbalans yaranması, ekoloji problemlərin daha da kəskinləşməsi fonunda ötən əsrdən etibarən sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqəti cəlb etdi. Daha sonra sosial ekologiya elmi çərçivəsində- bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən, nəzəri cəhətdən ümumiləşdirən, sosiologiyanın metodlarını tətbiq etməklə daha dərin tədqiqatlar aparmağa imkan verən ekoloji sosiologiya elminin də yaranmasını vurğuladı.
Açılış nitqində natiqlər-cəmiyyətin təbiətə qlobal miqyaslı təsiri nəticəsində bir sıra elmi fənlərin birləşməsi nəticəsində xüsusi elm kimi meydana çıxan,qarşılıqlı sosial münasibətlərin sosial-ekoloji aspektini öyrənən,insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin qarşılıqlı təsirini sistemli şəkildə tədqiq edən elmi istiqamətlərin formalaşmasını, bu sahələrin birgə fəaliyyətinin önəmiyini vurğuladı.
Dəyirmi masada COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai, COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru direktoru, deputat Pərvanə Vəliyeva, Milli Məclisinin “Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, COP29-un Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və başqaları məruzə ilə çıxış etdi.
COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai öz çıxışında bildirdi ki, İqlim problemlərinin fəsadları ilə mübarizənin təşkili- elmin gücü olmadan qeyri-mümkündür. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün elmi kadrların hazırlanması ilk prioritetlər sırasındadır. Alimlərin artıq planetə zərər verə biləcək nəticələrin astanasında olduğumuzu sübut edib. İqlim dəyişiklikləri ilə əlaqədar ən son elmi biliklərin qlobal siyasətə təsirini gücləndirmək vacibdir. Bizə bu istiqamətdə beynəlxalq elmiəməkdaşlıq lazımdır. Ölkələr ən yaxşı təcrübələri bölüşmək üçün birlikdə fəaliyyət göstərməlidir. Akademik və tədqiqat əməkdaşlıqları iqlim araşdırmalarının önündə gedir. İqlim tədqiqatlarına və inkişafına maliyyələşdirmənin artırılması, bu tədqiqatlara əlçatanlığın təmin olunması lazımdır."
COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru,deputat Pərvanə Vəliyeva-COP29,vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı çıxışında bir sıra vacib məqamlara toxundu. Vətəndaş cəmiyyəti və icma təşkilatları COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğuladı. Ölkəmizin və BMT-nin vətəndaş cəmiyyətinin COP29 Təşkilat Komitəsində təmsil olunaraq maraqlarını ön plana çıxarmağa, iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və həll olunmasını təmin etmək yönündə qətiyyətli olmasını bildirdi. Vətəndaş cəmiyyəti olaraq bütün maraqlı tərəflərin COP29-a konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə olacağına əminliyini ifadə etdi.
Sosial Tədqiqatlar Mərkəzi İH üzvü,prof. Tahirə Allahyarova, “İqlim geosiyasəti”Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası”mövzusuna toxunaraq, bəlli xarici mənbələrdən qaynaqlanan dezinformasiya hücumlarına toxundu. Prosesin arxasında başlıca qüvvə kimi revanşist erməni diasporun və havadar ölkələrin durmasını diqqətə çatdırdı.
Mövzu ətrafında çıxışlarda: İqlim böhranının həllində elmi-təsdqiqat əsaslı çıxış yollarının müəyyən edilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələri yeni sosial-iqtisadi “yaşıl paradiqmanın” siyasi, hüquqi və praktiki əsasları,burada tədqiqat və əməkdaşlıq önəmli rolunu, tədqiqatların effektiv iqlim fəaliyyətinin alternativi olmayan təməli olması, iqlim dəyişikliyinin azaldılması yönündə milli strategiyalar və proqramların hazırlanması və müzakirəsi üçün STM-də növbəti tədbirlərin təşkili və s.məsələlər toxunulub.
Tədbir iştirakçıları İqlim dəyişiliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyay çatdırılması üçün Dövlət qurumlarının, Vətəndaş Cəmiyyətinin, elmi-tədqiqat ictimaiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağını, ölkəmizdə iqlim siyasıtinin,təbiətin qorunmasının,dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.