Bir Liderin başqa bir ölkədə toplardan açılan yaylım atəşi ilə qarşılanması çox nadir hadisədir!

Bir Liderin başqa bir ölkədə toplardan açılan yaylım atəşi ilə qarşılanması çox nadir hadisədir! Bu, Şərq ənənəsidir, adətən Fateh öz ölkəsinin paytaxtına qayıdanda toplardan yaylım atəşləri açılıb.Bu bənzətmə də təsadüf deyil.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev carilin iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfəri edib. Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. Bir Liderin başqa bir ölkədə toplardan açılan yaylım atəşi ilə qarşılanması çox nadir hadisədir! Bu, Şərq ənənəsidir, adətən Fateh öz ölkəsinin paytaxtına qayıdanda toplardan yaylım atəşləri açılıb.Bu bənzətmə də təsadüf deyil. Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif şəxsən qarşılayıb. İkinci Qarabağ savaşında Pakistan baş naziri adına “Pakistanın bütün silahları - nüvə raketlərinə qədər - Azərbaycan liderinin sərəncamındadır” deyə, bir ifadə yayılmışdı.O zaman bu ifadənin mənbəyi araşdırılsa da tapılmamışdı.Amma dövlət başçımız cənab İlham Əliyevin Pakistanda xüsusi şəkildə qarşılanması bu ifadənin sözdən ibarət olmadığını bariz şəkildə sübut etdi. Dünyanın nüvə gücü olan Pakistanın bu böyük jesti təkcə qardaşlığın bir üst səviyyəyə keçdiyinin görüntüsü deyil – həm də yeni dünya düzənində qardaşların birliyinin dünyaya elanı idi. Azərbaycan və Pakistanı tarixi köklər bir-birinə bağlayır. Pakistan 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir. 1992-ci ildən iki ölkə arasında diplomatik əlaqələr qurulub. Ümummilli Lider Heydər Əliyev 1994-cü ilin dekabrında beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşüb. 1995-ci ildə isə Pakistanın ovaxtkı prezidenti ölkəmizə səfər etmişdi. 1996-cı ildə Ulu Öndər Pakistana rəsmi səfər edib. Sonra qarşılıqlı səfərlər, Tehranda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə ölkə rəhbərlərinin görüşləri və vacib qərarların verilməsi, iki dövlətin daim bir-birini dəstəkləməsi, bu gün də Pakistanın Ermənistanı dövlət kimi tanımaması, Azərbaycanın Kəşmir məsələsində Pakistanı tam dəstəkləməsi münasibətlərin inkişafına təkan verib. Azərbaycan və Pakistan, sözün əsl mənasında, tarixin sınağından çıxmış əsl qardaş ölkələrdir. Prezident İlham Əliyev bundan öncə 2005 və 2017-ci illərdə Pakistana səfər edib, sonuncu dövlət səfəri isə indiyə qədərki səfərlərin zirvəsi hesab edilməlidir. Bu səfər çərçivəsində iki ölkə arasında 15 sənəd imzalanıb və bu müqavilələr çox geniş spektri əhatə edir: hərbi, hərbi sənaye, mədəniyyət, təhsil, iqtisadiyyat, enerji sahələrini . Demək olar ki, hər iki ölkənin əməkdaşlığının inkişafı üçün bütün sahələri əhatə edən çox vacib qərarlar verilib. Bakı şəhəri ilə İslamabadın qardaş şəhər olması, dövlət başçılarının mətbuata açıqlamasında bir-biri haqqında xoş sözlər ifadə etmələri, Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması və bunun dünyaya nümayiş etdirilməsi həm də dünyaya bir mesaj kimi qəbul edilməlidir. Bu, iki qardaş ölkənin münasibətlərini bir nümunə kimi ortaya qoyur. Ölkələrimiz həm iki, həm üç, həm də çoxtərəfli formatda çox yaxşı əməkdaşlıq qurub. Azərbaycan, Türkiyə və Pakistan ordularının mütəmadi birgə təlimləri, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər platformalarda iki ölkənin bir-birini dəstəkləməsi qardaşlıq nümunəsidir. Azərbaycan və Pakistan bütün sahələrdə olduğu kimi, humanitar sahədə əməkdaşlığa da böyük önəm verir. Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə indiyə qədər 9 milyon dollardan çox yardım edib. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda, heç şübhəsiz, Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihə həyata keçirilib. Fondun təşəbbüsü və dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar həyata keçirilib, dəfələrlə xeyriyyə tədbirləri təşkil olunub, tibbi müəssisələrin və su təchizatı sistemlərinin tikintisinə töhfə verilib.İlham Əliyevin Pakistana rəsmi səfəri həm qardaş Pakistan mediasının,həm də dünyanın nüfuzlu media orqanlarının diqqət mərkəzində olub. “İslamad Post”, “Pakistan Today” qəzetləri” və “The İnternational News”, “Mettis Qlobal” portalları da “Pakistan və Azərbaycan sərmayələrin həcmini 2 milyard dolara çatdırmaq barədə razılıq əldə ediblər” sərlövhəsi altında materiallar dərc ediblər. Səudiyyə Ərəbistanın “Arab News”, “Əl Mədinə” qəzetləri, Küveytin KUNA rəsmi agentliyi, Bəhreynin BNA rəsmi xəbər agentliyi, Qətərin QNA informasiya agentliyi, Çinin “China.org.cn” portalı, Türkiyənin “Yeni Akit”, “Akşam” qəzetləri, “24”, “Haber Türk”, EkolTV” telekanalları, Rusiyanın TASS agentliyi, “Vestikavkaza” portalı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri, bu çərçivədə aparılan danışıqlar və imzalanan sənədlər, Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına investisiya qoyacağı haqqında geniş materiallar yayıb.
Həsən Xələfov
Bakı şəhər 28 №-li tam orta məktəbin Tarix müəllimi


Oxşar xəbərlər