Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır

Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.Bu tədbirin məhz Şuşada keçirlməsinin böyük mənası və əhəmiyyəti var. Bu barədə ölkəmizin başçısı fikrini belə ifadə etdi: «Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Prezident bildirib ki,həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Hər birimizin qəlbində əvəzolunmaz yeri olan Şuşa tarixən mədəniyyət şəhəri kimi tanınıb. Şəhərdə Azərbaycan mədəniyyətinin böyük izləri var. Hələ əvvəllər də bu şəhərdə tez-tez festivallar baş tuturdu.Vaqif poeziya günlərinin keçirilməsi isə ənənəvi hal almışdı.
Şuşanın tarixi-mədəni zənginliyi həm də bütün Türk mədəniyyətinin qədimliyi və zənginliyi kımı qəbul olunur. Çox təəssüf ki, 30 illik işğal dövründə Şuşanın mədəni irsinə ciddi ziyan vurulmuşdur. Amma qalib Azərbaycan müharibədən sonrakı dövrdə Şuşanın tarixi abidələrinin, mədəni həyatınının ənənələrini davam etdirmək üçün davamlı addımlar atır,yenidənqurma işləri görür.O cümlədən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrə ikinci həyat verilir. Artıq Şuşada “Xarıbülbül” festivalları, Vaqif poeziya günləri, rəsm əsərlərinin sərgiləri və digər bu kimi mədəni tədbirlər uğurla baş tutur.Türk Dünyası Təşkilatı Şuşanın mədəni həyatının dirçəldilməsinə böyük maraq göstərir. Şuşanın Türk dünyası üçün əhəmiyyəti yalnız mədəniyyət paytaxtı olması ilə məhdudlaşmır. Burada həmçinin Azərbaycanın və Türkiyənin dövlət başçıları tarixi Şuşa Bəyannaməsini imzalayıblar. Beləliklə, Şuşa həm də Türk dünyasının kollektiv təhlükəsizliyinin əsası qoyulan şəhərdir. Prezident İlham Əliyevin çıxışında da qeyd edildiyi kimi iyulda keçiriləcək görüş Şuşa üçün eləcə də Türk dünyası üçün əhəmiyyətli olacaq.Çünki bu görüş Türk dövlətlərinin əlaqələrini daha da gücləndirəcək.Biz inanırıq ki Şuşa hələ saysız-hesabsız mühüm görüşlərə ev sahibliyi edəcək.Dünyaya yalnız mədəniyyət şəhəri kimi deyil,uğurlu addımların atıldığı bir şəhər kimi də tanınacaq.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Xəyalə Mustafayeva


Oxşar xəbərlər