Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu

Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu Ermənistanın dini liderləri ən yüksək səviyyədə uğursuzluğa düçar oldular.

Belə bir bəyanatla Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.

Onun fikrincə, əgər konkret din xadimi siyasi bəyanatla çıxış edirsə, bu o deməkdir ki, kilsə öz uğursuzluğunu və ya mənəvi liderliyi həyata keçirə bilmədiyini etiraf edir. “Təəssüf ki, bir çox yüksək rütbəli din xadimləri bu vəziyyətdədir. Onların mənəvi sahədə heç bir əlaqəsi olmadığı üçün onların siyasi təklif irəli sürməsinə təəccüblənmirəm”, - baş nazir qeyd edib.

Erməni kilsəsinin qəzəbinin əsas səbəblərindən biri kimi biznesinin əldən çıxması ilə izah edən Paşinyan bildirib ki, bir çox kvotalar arasında onların öz kvotasının olduğu vaxtlar olub. “Mercedes, Bentley, Lexus, idxal, ixrac. Bütün bunlar üçün onların öz kvotaları var idi, indi heç kimin kvotası yoxdur. Bu gün isə bu insanlar açıq şəkildə müharibəni təbliğ edirlər. Kimin adından? Mən xalqın iradəsi ilə buradayam və xalqın istəyi ilə olmayacağam. Nədir, hakimiyyət məgər sahibsizdir... Mən hakimiyyəti ancaq sahibinə ötürə bilərəm. Əgər xalq müharibə istədiyinə qərar versə, mən onlara hər şeyi təqdim etməyə çalışacağam”, - Paşinyan qeyd edib.

Paşinyan onu da əlavə edib ki, son günlərdə Ermənistandakı siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir. "Hərəkatın nümayəndəsi bəyan edib ki, məqsəd Ermənistanda “keçmişləri” hakimiyyətə gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra təqdim olunub, onu “Ermənistan” blokunun rəhbəri təqdim edib. O deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyini kilsə vasitəsilə necə həyata keçirmək olar.

Aydındır ki, prosesin lideri bütün ermənilərin katolikosu, benefisiar isə “Ermənistan” blokunun rəhbəri Robert Köçəryandır”, - Nikol Paşinyan bildirib.

Oxşar xəbərlər