Qarabağdan çıxarılan Rusiya qoşunları Ukraynaya köçürülə bilər.
Bu barədə "Bild" nəşri yazıb.
Sözügedən media orqanının açıq məlumatların təhlili üzrə eksperti Julian Röpkenin qeyd etdiyi kimi, artıq bu kontingentin Ukraynaya göndərilə biləcəyi ilə bağlı “bəzi narahatlıqlar” var.
Qeyd edilir ki, sülhməramlıların silahları arasında onlarla nisbətən yeni BTR-82A zirehli transportyorları mövcud idi.
Röpkenin daha əvvəl xəbər verdiyi kimi, Ukraynada cəbhə xəttində Rusiya ordusunun müasir piyada döyüş maşınlarına və zirehli transportyorlara ciddi ehtiyacı var.
Xatırladaq ki, Azərbaycan və Rusiyanın qarşılıqlı razılaşması əsasında sülhməramlı qüvvələr hərbi texnikaları ilə birlikdə Azərbaycandan dəmir yolu ilə sərhəddən Dağıstana daşınırlar.