
"Bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.
Almaniyanın “Bild” qəzeti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bağlı bir anda dünyada gündəmə gələn iddia ilə çıxış edib.
Ətraflı
Ad - 00:39
Bildirilib ki, rusiyalı nazir Çin rəsmiləri ilə görüşmək üçün böyük Rusiya nümayəndə heyəti ilə bu ölkəyə uçub, lakin təyyarə Pekinə enmək əvəzinə Moskvaya qayıdıb. Aralarında Lavrovun da olduğu təyyarənin 2 min 800 kilometr yol qət etdikdən sonra Moskvanın Şeremetyevo hava limanına endiyi bildirilib.
“Bild”in yazdığına görə, bunun iki səbəbi ola bilər: "Ya Pekin administrasiyası son anda Lavrovu qəbul etmək istəməyib, ya da Rusiya prezidenti Vladimir Putin Lavrovun geri qayıtmasını əmr edib".
Lavrov Pekinə uçan təyyarədə olduğunu təkzib edib.