Bu gün Azərbaycan-Gürcüstanın birgə səyləri nəticəsində nəinki iki ölkənin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.
Beynəlxalq aləmdə ekoloji problemlərə silahların azaldılmasından sonra, qlobal bir problem kimi yanaşıldığı bir vaxtda, təbii ki, Azərbaycan Respublikasında da bu istiqamətdə nəzarətin gücləndirilməsi vacib hesab edilir. Hələ 1991-92-ci illərdə, Bakı şəhərinin nəqliyyat intensivliyi sıx olan mərkəzi küçələrindən götürülmüş hava nümunəsinin təhlili nəticəsində məlum olmuşdur ki, havanın çirkləndirilməsi proqnozlaşdırılan normativdən 40-50 dəfə çoxdur. Təbii ki, belə ekoloji göstəricilər ətraf mühitin zəhərlənməsində, yaşıllıqların deqradasiyaya uğramasında, xəstəliklərin və xəstə doğuşların artmasında və digər belə arzuolunmaz halların yaranmasında mühüm rol oynayır. Son illər respublikamızda avtomobil parkının yüksək templə genişləndiyini və avtonəqliyyat vasitələrinin sayının 700 min ədəddən çox olduğunu nəzərə alsaq, ekoloji problemlərə ciddi yanaşmağın zəruriliyi məlum olar. İstər BİY boyunca nəqliyyat vasitələrinin hərəkəti zamanı, istərsə də əvvəldə təklif edilən infrastruktur müəssisələrin yaradılması və istismarı zamanı ekoloji tarazlığın gözlənilməsi zəruridir.
Ümumiyyətlə, həyata keçirilən bu proqram zamanı yarana biləcək ekoloji problemlərin qarşısını maksimum almaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq Ekoloji Auditin tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Bu audit vasitəsilə fəaliyyətdə olan və yaradılacaq müəssisələrin, eyni zamanda, orada istismar edilən avadanlıqların ekoloji normaya uyğunluğuna nəzarət etmək, çatışmazlıqlar barədə lazımi instansiyaları vaxtında məlumatlandırmaq və beləliklə də ətraf mühiti daha effektli olar.
Azərbaycan Respublikasının iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində həyata keçirilən layihədir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında ilkin razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılmışdır. Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq nəqliyyat xidmətləri bazarına giriş üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin və daşıma sifarişlərinin operativliyinin təmin olunması, eləcə də razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir. Şimal-Cənub nəqliyyat dəhlizi də bütün nəqliyyat növlərini – dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava nəqliyyatını, eləcə də bu nəqliyyat növlərinə aid infrastruktur sahələrini əhatə edir. Razılaşmanın üzvləri arasında Hindistan istisna təşkil edir. Belə ki, bu ölkənin Şimal-Cənub dəhlizinin işində yalnız dəniz marşrutları ilə iştirakı nəzərdə tutulur.
Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma 21 may 2002-ci il tarixində qüvvəyə minmişdir. Həmin tarixdə Sankt-Peterburq şəhərində əldə edilən razılaşmaya üzv ölkələrin nəqliyyat nazirlərinin görüşündə Koordinasiya Şurasının yaradılması barədə Protokol imzalanmış, eləcə də dəhlizin Katibliyinin Tehran şəhərində yerləşməsi qərara alınmışdır. Bütün layihələrdə olduğu kimi, razılaşmadan keçən dövr ərzində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bir çox başqa ölkələrin də marağına səbəb olmuşdur. Belə ki, ötən illər ərzində bu razılaşmaya Belarus Respublikası, Qazaxıstan, Tacikistan və s. ölkələr də qoşulmuşdur. Azərbaycan Respublikası isə 2001-ci il 21 dekabr tarixində bu razılaşmaya qoşulması üçün müraciət etmiş və 2005-ci ildə müsbət cavab almışdır. 2005-ci il sentyabrın 20-də imzalanmış 984-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə respublikamız “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulmuşdur.
Qeyd etmək lazımdır ki, Şimal-Cənub nəqliyyat dəhlizi də, öz növbəsində ölkəmizin nəqliyyat əlaqələrinin genişləndirilməsinə və tranzit ölkə kimi bu sahədən böyük həcmdə gəlir əldə etməsinə imkan verəcəkdir. Bu da Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin siyasi əhəmiyyəti də danılmazdır. Başqa sözlə desək, bu dəhliz həm də Rusiya Federasiyası ilə balanslaşdırılmış siyasətin bir nümunəsi kimi qəbul edilə bilər.
Tədqiqatlardan aydın olur ki, Azərbaycan Respublikasının bu layihədə iştirakının ölkəmiz üçün əhəmiyyətli olduğu, respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq, mövcud nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi işlərinə başlanılmışdır. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətınin daşınmasında dəmir yolunun iştirakı nəzərdə tutulur ki, burada da əsas amil kimi, yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınması əsas götürülür. Dəhliz vasitəsilə yük daşımalarına Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksınin daha geniş cəlb edilməsi, xüsusən avtomobil nəqliyyatının və Xəzər Dəniz Gəmiçiliyinin imkanlarından tam və səmərəli istifadə olunması üçün şərait yaradılması istiqamətində tədbirlər görülməkdədir. Eyni zamanda, dəhliz boyunca xüsusi əhəmiyyətə malik olan, Azərbaycanla İranı birləşdirən avtomobil yollarının bir istiqaməti də Biləsuvar–İran sərhədi avtomobil yoludur. 19,5 km-lik bu yolun tikintisinin maliyyələşdirilməsi Azərbaycan tərəfinin hesabına həyata keçirilir ki, bu istiqamətdə də hazırda tikinti-tamamlama işləri görülür.Bu gün Azərbaycan iki əsas ticarət marşrutu - Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməkdədir. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasına uyğun olaraq ölkədə yeni-yeni logistik mərkəzlər tikilməkdədir. Onlardan biri də ötən ildən Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyətə başlayan Abşeron Logistika Mərkəzidir.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Nağıyeva