Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları da iştirak ediblər. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır və orada onlar təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün bütün həmin məsələlərlə bağlı öz fikirlərini ifadə edə bilərlər. Bütün bu və ya digər məsələləri müzakirə etmək, söhbətlərdə ümumbəşəri dəyərlərə sadiq olmaq, arqumentlərdə rasionallığı göstərmək üçün imkan yaranır və onlar öz müdrikliklərinə əsaslanaraq bilik və təcrübələrini təsdiq edirlər. Ümid edirik ki, həmin müzakirələrin nəticələri təhlillərə imkan yaradacaq və BMT-nin qarşıdan gələn sammitini və bu ilin sonunda COP29 görüşlərindəki müzakirələri zənginləşdirəcək.
Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu.
2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı artıq bitmişdir. Kommunikasiya yolları üzərində nəzarət bizə keçdikdən sonra qaçaqmalçılıq dayandı. Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır.
COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasətini nümayiş etdirir.
Azərbaycanın dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzaladı. 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğumuzu,həmin ölkələri bir araya gətirmək imkanına malik olub və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac olduğunu bildirərək Prezident İlham Əliyev çıxışını yekunlaşdırdı.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Aygün Cabarova