Keçmiş Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı və dövlətinin ən vacib, ən əsas problemi olmuşdur. Bir zamanlar Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı 7 rayon da Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuşdu. Bütün ötən illər ərzində ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu işğala son qoyulması istiqamətində çalışıb. Lakin beynəlxalq vasitəçilərin səyləri nəticəsiz qaldı. ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycan cəmiyyətində ciddi məyusluq yaradırdı. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi nəticəsiz qaldı. Bu nəticəsizlik Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması ilə əlaqədar idi. Beləliklə, Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi Azərbaycan cəmiyyətində ciddi məyusluq yaratmışdı.
Artıq bir sıra azərbaycanlı ekspertlər hesab edirdilər ki, Minsk qrupunun fəaliyyətinə ümumiyyətlə, son qoyulmalıdır. Bildirilirdi ki, Minsk qrupu problemi həll edəcək gücə, qətiyyətə malik deyil. Bu problemi yalnız Azərbaycan dövləti xalqa arxalanaraq həll etməli idi. Uzun illər səmərəsiz danışıqlardan sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terror həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu bu cinayətləri görməzlikdən gəlib.
Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməklə yanaşı, dünyada qəbul edilən iribüdcəli sülhyaratma “sənayesinin” və nizamlanma mexanizminin yararsızlığını sübut etdi. ATƏT-in fəaliyyətsizliyi münaqişə şəraitində olan ölkələrə təzyiq və təsir vasitəsi olan mexanizmini itirməsinə gətirdi, özünü isə proseslərdən kənarda qoydu. Beləliklə, faktiki olaraq artıq ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayıb.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova