Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu krçirilir. Bakının onuncu dəfə təşkil etdiyi bu böyük tədbirdə bir çox nüfuzlu siyasətçilər, dövlət və hökümət başçıları, beynəlxalq təşkilatların rəhbərləri proritet məsələlər haqqında müzakirələr aparır, həll yollarını araşdırır.
Keçirilən formlar xalqlar, dövlətlər, mədəniyyətlər arasında əməkdaşlıq, qarşılıqlı anlaşma dəyərlərini təbliğ edir.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, böyük nüfuzlu təşkilatlara rəhbərlik etməsi ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan, güclənən nüfuzunun göstəricisidir.
Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış nitqindən sonra bir sıra gündəlikdə duran məsələlər haqqında form iştirakçılarına məlumat vermişdir.
Formda çıxışı zamanı Prezident İlham Əliyev digər məsələlərlə yanaşı Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əsas maneə olan Ermənistanın mövqeyini də diqqətə çatdırmış, təklif edilən sülh müqaviləsinin hər vəchlə yubadılmasını diqqətə çatdırmışdır.
2019- cu ildən Qoşulmama Hərəkatına rəhbərlik edən ölkəmiz bu dövrdə müxtəlif beynəlxalq tədbirlər, Zirvə görüşləri təşkil etmiş, öz liderliyini fəal və keyfiyyətli şəkildə həyata keçirmişdir.
Qlobal Bakı Forumunun X dəfə keçirilməsi burada iştirak edən müxtəlif tərəflərin mühüm məsələlərin həllində inklüziv tərəfdaşa çevrilməsinə şərait yaratmışdır.
Bakıxanov qəsəbəsi, 72 N-li məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə