Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO

Azərbaycanda əxlaq polisi yaradılır? - VİDEO Bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışları artıq onların həyat tərzinə çevrilib.

Ən acınacaqlısı isə odur ki, onlar övladlarını, bəzən azyaşlı uşaqlarını da canlı yayımlara çıxararaq öz əməllərinə alət edirlər. Belə hallar isə balacaların tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, həm də cəmiyyətdə qıcıq yaradır.

Elə isə problemdən çıxış yolu nədir? Bu şəxslərin cəzalandırılması üçün hansı nəzarət mexanizmi var? Qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni bir qurum - Əxlaq polisi yaradıla bilərmi?
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, gənc nəslin tərbiyəsinə zərər verəcək kontentlərin sosial şəbəkələrdə yayılması və bunun artıq bir tendensiya halını alması çox ciddi təhlükələrdən xəbər verir:

“Biz gələcək nəsillərin əxlaqını qorumalıyıq. Məsələn, bir sıra ölkələrdə əxlaq polisləri fəaliyyət göstərirlər. Hesab edirəm ki, oxşar bir nəzarət sisteminin yaradılması haqqında Azərbaycanda da düşünmək üçün ciddi əsaslar mövcuddur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov isə qeyd edib ki, internet informasiya ehtiyatlarında söyüş xarakterli ifadələrin istifadəsi yolverilməzdir və buna qarşı artıq İnzibati Xətalar Məcəlləsində sanksiyalar mövcuddur:
“Belə ki, Məcəllənin 388-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında qadağan olunmuş informasiyanın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər isə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir”.

Ətraflı Baku TV-nin süjetində:


Oxşar xəbərlər