“Kimsə avtomobilini satırsa, avtomobilin üzərində “satılır” sözü yazıb, telefon nömrəsini də qoyursa, ona görə avtomobilin sahibi heç bir məsuliyyətə cəlb oluna bilməz”.
Bunu ONA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
K.Əliyev deyib ki, avtomobilin hansısa təşkilata, şirkətə məxsusluğunu bildirən loqo vurulubsa, bu da reklam sayıla və cərimə tətbiq edilə bilməz.
Həmçinin oxu: DYP-dən xəbərdarlıq: 2 min manat cərimə olunacaqsınız!
Qeyd edək ki, son günlər bir sıra KİV-lərdə K.Əliyevin adından avtomobillərin üzərində “satılır” sözü yazılmasının reklam qanunvericiliyini pozduğunu, buna görə avtomobil sahiblərinin cərimələnəcəyi barədə məlumat yayılıb. Bildirilib ki, bu halda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.
K.Əliyev həmçinin deyib ki, o, hər hansı KİV-ə belə bir açıqlama verməyib.