"Mən onun şəklini ekranlarda gördüm. Açığı, peşəkar hüquqşünas,uzun müddət əməliyyat-axtarış fəaliyyətində çalışan bir şəxs və kriminoloq kimi əhvalında, hərəkətlərində, anatomik durumunda psixi pozuntu hiss etmədim".
Bu sözləri açıqlamasında hüquqşünas, kriminalist Şəmsəddin Əliyev ötən gün Bakıda bir ailənin 5 üzvünün qətlə yetirilməsi və evin 25 yaşlı oğlu Əhməd Əhmədovun şübhəli şəxs qismində saxlanılması barədə danışarkən deyib. O, son 30 ildə bu cür ağır cinayətlərinin sayının az olduğunu desə də, xüsusilə ağır cinayətlərin artmasından gileylənib:
"Yəni qısamüddətli ilkin vizual baxışlarım mənə belə deməyə əsas verir. Təbii ki, bu mənim ehtimalımdır. Tamamilə səhih mənbə kimi qəbul etmək olmaz.
Ona sürücülük vəsiqəsinin verilməsinə gəldikdə isə burada onun psixi sağlamlıq durumu ilə fiziki şəxs kimi hərəkətlərini diktə edə biləcək müfəssəl bir arayış olmalıdır. Çünki sürücü təkcə özü üçün yox, həm də ətrafdakı insanlar üçün təhlükə yarada bilər deyə tibbi arayış mütləqdir.
Bu hadisə xüsusilə ağır cinayətdir. Belə cinayətlər son 30 ildə - müstəqilliyimizin bərpa olunmasından sonra nadir hallarda baş verib. Yəni ətrafında olan valideynlərini, doğmaların qətlə yetirilməsindən söhbət gedir.
O xəstə idisə, niyə cəmiyyətdən təcrid olunub xəstəxanaya yerləşdirilməyib. Ölkədə nə qədər xəstə insanlar var. Onların hər birinə cəzasızlıq mühiti yaratsaq, necə olacaq? Bizdə ölüm hökmü də yoxdur. Belə çıxır ki, 4-5 adam öldürən şəxsi buraxmaq lazımdır? Ruhi xəstə o deməkdir ki, nə etdiyini anlamır, törətdiyi əməlin nəticəsini görmür və onu arzulamır. Düşünürəm ki, o yəqin istintaq ərəfəsində məcburi müalicəyə cəlb olunacaq.
Əgər mütəxəssis onun cinayətləri törədən zaman anlaqsız vəziyyətdə olması barədə rəy versə, deməli, yenə də müvafiq qurumların günahı ucbatından evdə saxlanılıb. Ola bilər bu hadisəyə qədər anasını nə qədər itələyib, atasına qaba söz deyib. Hələ biz bunları bilmirik. Nə üçün belə bir ailə müvafiq qurumların diqqətindən yayınıb?"
Ş.Əliyev düşünür ki, belə halların qarşısının alınması üçün elmi-tədqiqat laboratoriyaları olmalıdır:
"Düşünürəm ki, belə hadisələrin törədilməsinə rəvac verən səbəb və şəraiti öyrənmək lazımdır. Çox təəssüf ki, Azərbaycan uzun illərdir baş vermiş və baş verəcək cinayətlərin səbəb və şəraitini öyrənməklə bağlı elmi-tədqiqat laboratoriyaları, institut və ya şöbələri yoxdur. Nə Milli Elmlər Akademiyasında, nə Baş Prokurorluğun nəzdində, nə Ədliyyə və Daxili İşlər Nazirliklərində belə tədqiqatlar aparılır. Cəmiyyətdə son zamanlar qəsdən törədilən xüsusilə ağır cinayətlərin sayı artmaqda davam edir. Biz sadəcə baş vermiş cinayətlərin statistikasına diqqət yetiririk. Amma "nə olub" və "nə etmək lazımdır ki, olmasın" suallarına cavab vermək lazımdır. Bunun üçün də AMEA və yaxud da adını çəkdiyim digər hüquq-mühafizə qurumlarının nəzdində elmi-tədqiqat şöbələri, qrup və laboratoriyaları yaradılmalıdır.
Burada çalışan sosioloqlar, psixiatrlar, kriminoloqlar, həkimlər, peşəkar hüquqşünaslar cəlb olunmalı və cəmiyyətdə baş vermiş cinayətləri doğuran səbəb və şəraitlə bağlı müfəssəl konsepsiya ortaya qoyulmalıdır.
Nazirlər Kabinetinin tərkibinə daxil olan hər dövlət qurumunun, bütün mərkəzi icra hakimiyyəti orqanlarnın üzərinə vəzifələr qoyulmalıdır ki, belə ağır cinayətlər olmasın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən problemli ailələr öyrənilməli, doğuran səbəblər araşdırılmalıdır.
Sovet vaxtında bu istiqamətində konsepsiya var idi. Məəttəl qalmışam, bu qədər alimlərimiz var, heç bir töhfələri də yoxdur. Niyə ölkəmizdə bu cinayətləri doğuran şəraitin aradan qaldırılması istiqamətində vahid konsepsiya ortaya qoyulmur?
İnsan sosial varlıqdır. Hadisələri doğuran səbəblər də sosial səbəblərdir. Bu səbəblər sosial varlığı öz məhvərindən çıxmağa vadar edir. Sonradan cəza da sosial ədaləti bərpa etmək məqsədilə tətbiq olunur".
Kriminalist ölüm hökmünün bərpasını da zəruri sayır:
"Ölüm hökmünün cəzası vacibdir. Cəmiyyət biməlidir ki, ağır və xüsusi amansızlıqla törədilən cinyətlərə görə, ölüm cəzası var. Sabitliyi təmin etmək üçün bu cəza vacibdr. Canavarın ağzı ətə dəydisə, onu ət yemək vərdişindən kənara çəkmək qeyri-mümkündür. Mən bu cür cinayətləri törədən insanları vəhşilərə bənzədirəm. Konstitutiyamızın 27-ci maddəsində azadlıq hüququ hansı hallarda məhdudlaşa bilər göstərilib. Ölkənin konstutsion quruluşu əleyhinə, vətəndaşlara qarşı xüsusilə ağır cinayətlərə görə və s. hallarda yaşamaq hüuquqndan məhrum edilə ilər. Biz ölüm hökmünə qadağa qoymamışıq. Müvəqqəti moratorium qoyulub. Dövlət qətlə yetirilən vətəndaşının qisasını digərindən almalıdır ki, vətəndaş üçün qisas almağa bəhanə qalmasın".