Azərbaycanla Ermənistanla arasında artıq de-fakto sülh mövcuddur və ölkə sərhədlərində bir neçə aydır ki,əmin-amanlıq hökm sürür

Azərbaycanla Ermənistanla arasında  artıq de-fakto sülh mövcuddur və ölkə sərhədlərində bir neçə aydır ki,əmin-amanlıq hökm sürür Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Parlamentlərarası Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan xalqı üçün tarixi məqam olduğunu qeyd edib. Dövlət başçımız bildirib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan tərəfi torpaqıarı işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunu üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürsə də o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heçbir addım atılmadı.
Prezident İlham Əliyev bildirib ki, 2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfi Sülh müqaviləsinin imzalanmasını təklif etsə də, Erməistan tərəfindən heç bir reaksiya verilmədi. Azərbaycan tərəfi sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərini irəli sürüb ki, bunun da əsasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanla Ermənistanla arasında artıq de-fakto sülh mövcuddur və ölkə sərhədlərində bir neçə aydır ki,əmin-amanlıq hökm sürür. Ancaq bu prosesin sona çatması üçün,Sülh müqaviləsi imzalanmalıdır.Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.
Prezident İlham əliyev xüsusuilə qeyd edib ki, Ermənistanın qoşulduğu Beynəlxalq konvensiyalarda Azərbaycanın ərazi bütövlüyünün pozulmasına aid iddialar var. Prezidentimiz qeyd etdi ki,bu iddalara son qoyulacağı, Ermənistanın konstitusiyasının və digər hüquqi-normativ sənədlərdə dəyişiklik olunacağı təqdirdə sülh müaqviləsi imzalana bilər. Ermənistanın bu mövzuda ölkədaxili danışıqların başlanması təqdirəlayiq addımdır.
Przident İlham Əliyev Avropa Şurası Parlament Assembleyasında anti-Azərbaycan daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupunun təşəbbüsünün diaqloqa xidmət etmədiyini bildirdi. Azərbaycan nüməyəndə heyətinin hüquqları bərpa edilməlidir, bərpa edilmədiyi təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacaq.

Bakıxanov qəsəbəsi, 96nömrəli tam orta məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova


Oxşar xəbərlər