Diplomatik əlaqələr tarixi boyunca Azərbaycana ilk səfər

Diplomatik əlaqələr tarixi boyunca Azərbaycana ilk səfər
Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid 20 noyabr 2023-cü ildə Azərbaycana səfər edib. Diplomatik əlaqələr tarixi boyunca bu səfər Azərbaycana ilk səfərdir. Dövlət başçısı İraq Prezidentini və qonaqlarını böyük məmnuniyyətlə qarşılayıb, əməkdaşlığı, regionlarda siyasi proseslərlə bağlı müxtəlif məsələlərin müzakirəsinin uğurla başa çatdırılacağını bildirib. Bundan sonra nümayəndə heyətləri ilə vacib məsələlərin də müzakirəsinin aparılacağını göstərib. Tarixə nəzər salsaq, 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır.
20 may 2011-ci ildə ticarət, iqtisadi,elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır. 2016-cı ilin oktyabr ayından Bağdad şəhərində Azərbaycan Respublikası Səfirliyi fəaliyyətə başlamışdır. 2017-ci ildə Azərbaycana Respublikasının Prezidenti Cənab İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı Cənab Bərzani ilə görüşmüşdür. Bu görüş ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Gələn ay isə Azərbaycanın nümayəndə heyəti İraqa səfər edəcək. Bu rəsmi səfər çox yaxşı nəticələr verəcək. Bu nəticə Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq.

Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
Biologiya müəllimi Sevinc Əliyeva

Oxşar xəbərlər