Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olduğuma görə həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm. Müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında, xalqın iradəsinə söykənərək, seçkilər yolu ilə ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası haqqında yazmaq, ona vətəndaş sevgisini bildirmək bir müəllimə olaraq mənim üçün qürurdur, şərəfdir. Müstəqilliyimizin ilk illərində Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf etdirməklə yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbul edilməsinə şərait yaratdı.
Azəbaycan Respublikasıının müstəqilliyi bərpa edildikdən sonra 12 noyabr 1995-ci ildə hazırki Konstitusiya ümumxalq referendumu əsasında qəbul edilmişdir. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-si qüvvəyə minmişdir. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Dəyişən sosial – siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci ilin avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il setyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Belə ki, Konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişiklik edilib. Son dəyşikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse - prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Şövkət Quliyeva