Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cumhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında Fətəli xan Xoyskinin hesabatı əsasında qəbul edilib və Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
1920-ci ilin aprelində endirilən üçrəngli bayrağımız 70 ildən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə keçrilən sessiyasının qərarı ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Xalqın tələbi ilə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.Azərbaycan Respublikası Xalq Cumhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə,o cümlədən dövlət bayrağına sahib çıxdı.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən ölkəmizdə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.Azərbaycanın üçrəngli bayrağı dövlətçiliyimizin,müstəqilliyimizin rəmzidir.Bayraq millətmizin, dövlətmizin şərəf və ləyaqətinin ifadəsini,milli birliyimizi təcəssüm etdirir.
Bu gün Azərbaycan Dövlət Bayarğı ölkəmizin bütün ərazilərində qürurla olan torpaqlarımızı düşmən tapdağından xilas edərək ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Müzəffər ordusu üçrəngli bayrağımızı azad ediliş ərazilərimizdə ucaltdı. 2018-ci il Bakıda keçrilən paradda Cənab Prezident qeyd etmişdir ki, gün olacaq Qarabağa sancılmış bayaq bu meydana gətirləcək. Bəli, o gün oldu. 2020-ci il dekabrın 10-da təşkil edilən Zəfər paradında Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı general-mayor,Şuşanın ilk komendantı Zaur Məmmədovun rəhbərliyi ilə Azadlıq meydanına gətirildi. 19-20 sentyabr 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etdi. Bu gün bayrağmız qürurla Xankəndində, Xocalıda, Xocavənddə dalğalanır. 30 ilə yaxın müddətdə dilimizdən düşməyən “Gün o gün olsun ki,bayrağımız Qarabağda dalğalansın” arzusu artıq reallığa çevrilib.Bəli! “Gün o gündür”. Qürur mənbəymiz olan Bayrağımız…. Ucal,Ucal zivələrə. Göz dağı ol düşmənlərə.
Bakıxanov qəsəbəsi, 271 nömrəli tam orta məktəbin
Tarix müəllimi Xatirə Əsədova