Hər bir dövlətin dünya miqyasında qəbul olunmuş atributları içində bayraq özünəməxsus yer tutur. Bayraq-bir ölkəni,təşkilatı, quruluşu və ya birliyi təmsil edən ,əsasən parçadan hazırlanıb dövlət rəmzi olub öndə,insanların başı üstə aparılan, xüsusi ehtiramla müxtəlif rəsmi tədbirlərdə qaldırılan dövlət atribututur. Bayrağın üzərindəki hər rəng və simvol dərin və özəl məna daşıyır. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Xalq Cumhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur". 1956-cı ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yaranışını məxsusi qeyd edən Cahid Hilaloğlu, Bakıda Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmışdı. 1980-ci illərin sonlarında bu bayraqdan milli hərəkatın kütləvi tədbirlərində istifadə olunurdu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.
Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Bununla bağlı sərəncamı dövlət başçısı 2007-ci il noyabrın 17-də imzalayıb. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Prezidentin 2009-cu il noyabrda imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət bayrağı günü kimi qeyd olunur.
Azərbaycan xalqı doğma bayrağını dərin məhəbbətlə sevir və onun ehtiramını layiqincə qoruyur. 44 günlük müharibə zamanı Şanlı Azərbaycan ordusu da bunu bir daha sübut etdi. Müharibə zamanı Azərbaycanın hər yerində byrağımız dalğalanırdı. Hər azad edlən Qarabağ şəhərinin, qəsəbəsinin, kəndinin ən uca yerində dərhal Üçrəngli bayraq asılırdı. Azərbaycan xalqı durduqca onun bayrağı daimi ucalacaq.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin tarix
müəllimi Asif Hüseynov