9 noyabr Azərbaycan Dövlət Bayrağı günüdür Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qzadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi əks etdirir Əli Bəy Hüseynzadə “Türkləşmək, müasiqləşmək və islamlaşmaq” prinsipləri bayrağımızda təcəssüm olunmuşdue. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi ilan Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-dən dövlət müstəqilliyini elan etdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında “Qanun qəbul etdi. Üçrəngli bayraq yenidən Dövlət bayrağı elan edildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Müstəqilliyimizin, dövlətçiliyimizin rəmzi sayılan bayrağımız bu gün həmdə şanlı qələbəmizin rəmzinə çevirilmişdir. 44 günlük zəfər müharibəsində torpaqlarımızın hər qarışı, hər kənd və çəhəri azad olduqca ora böyük fəxrlə üçrəngli bayraq sancıldıqca hər bir Azərbaycanlının qəlbi qürurla dolurdu. 8 noyabr 2020-ci il Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Üçrəngli bayrağımız bizlər üçün böyük mənəvi əhəmiyyətə malik olan Şuşada dalğalandı. Bu böyük bir zəfər idi .
Nəhayət 2023-cü il oktyabrın 19-da Xankəndinin Cümhuriyyətimizin yadigarı dalğalandı. Qarabağ torpağımız düşməndən tam azad edildi.
Bayrarağımıza hörmət və məhəbbət rəmzi olaraq dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbçilər hərbi salam verirlər. Mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olacaq baş geyimlərini çıxarırlar.
Bayrağımız Respublikada fəaliyyət göstərən xarici ölkə səfirliklərinin yerləşdiyi binalarda, bəynəlxalq sularda üzən gəmilərimizdə əzəmətlə dalğalanır. Üçrəngli Bayrağımız Milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u Konstitusiyada bayraq bayramı kimi qeyd olunur Paytaxtımızın yüksək yerində inşa olunmuş Bayraq meydanında dünyanın ən hündür bayraq dirəyi qurulmuşdur.
Arzu edirik ki, üçrəngli bayrağımız qürur yerimiz, and yerimiz dövlətçiliyimiz heç zaman enməsin!
Bakıxanov qəsəbəsi, 213 saylı tam orta məktəbin
müəllimi Mahirə Mütəllimova