Oktyabrın 15-də xalqımız növbəti tarixi günü yaşadı və bu bizim üçün heç vaxt unudulmayacaq. Həmin gün Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı Xankəndidə dalğalandı, şəhərin inzibati binasının üzərinə isə gerbimiz həkk edildi. Xankəndidə Azərbaycan bayrağının dalğalanması ərazi bütövlüyü, suverenlik, eyni zamanda tam müstəqillik uğrunda mübarizənin başa çatması kimi də dəyələndirilə bilər. Qarabağ probleminin həllini biz 30 ildən çox gözləmişik. Sadəcə, zamana ehtiyac vardı və o zaman yetişmişdi. Bu illər ərzində Azərbaycan həm iqtisadi, həm hərbi baxımdan gücləndi, qüdrətli dövlətə çevrildi. Beynəlxalq aləmdə nüfuza malik olub artıq müstəqil siyasət yeritdi. Qarabağ məsələsi uzun illər idi ki, ölkədə iqtisadi, sosial və s. sahələrin inkişafında ciddi problemlər yaradırdı. Düşmənin torpaqlarımızı işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurdlarından didərgin salınmışdır. Azərbaycan oğulları Qarabağ ərazisində tez-tez baş tutan düşmən hücumları zamanı şəhid, qazi olmuşdur.
Dövlət başçısının Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmasını və çıxışı təkcə regionda deyil, dünya KİV-lərinin də diqqət mərkəzində olub. Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Estoniya, Moldova kimi dövlətlərin nüfuzlu teleknalları, nəşrləri Prezident İlham Əliyevin çıxış zamanı səslənən fikirlərini oxucularının diqqətinə çatdırılıb.
C’nab prezident İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyinə uzanan əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası nəhayətki sağaldı. Dövlət başçımız İlham Əliyev həmçinin ata vəsiyyətini uğurla yerinə yetirdi.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva