
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb.
Qəbulda YAP Gəncə şəhər təşkiltının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəsisə, təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Müstəqil Azərbaycan Respublikasının qurucu lideri Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətləri tarix üçün uzun müddət öyrəniləcək. Ulu Öndərin 1993-cü ildə Azərbaycan varlığını sözün bütün mənalarında yox olmaqdan qurtarması dünya dövlətçilik tarixində müqayisə olunmayacaq bir hadisədir. Daha sonra dövlətin əsas sütunlarının qurulması ilə xilaskarlıq missiyasını aparan Ulu Öndərin fitri liderlik istedadı özündən sonrakı dönəm üçün də Azərbaycanı düşünməsi və başladığı prosesin daha yüksək şəkildə davam etdirilməsi üçün xalqa istiqamət verməsi idi. 2003-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürərək xalqa müraciət edən dahi rəhbər “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”-deyərək əslində, gələcəy üçün fövqəladə uzaqgörənliklə verilən praqnoz idi. Azərbaycan xalqı 20 il öncə 15 oktyabrda ölkəmizdə Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirərək inkişafın, quruculuğun, sülhün, əmin-amanlığın, tərəqqinin və sabitliyin tərəfində olduğunu göstərdi. Bu gün dövlət və xalq olaraq 20 il əvvəl etdiyimiz seçimin tarixi qürurunu yaşayırıq. Ötən 20 ildə Azərbaycanın bütün sahələr üzrə inkişafı dövlət başçısının yorulmaz fəaliyyətinin və mükəmməl idarəçiliyinin təzahürüdür. Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə həyata keçirdiyi daxili və xarici siyasət strategiyasında Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin sürətli inkişafı, pozulmuş ərazi bütövlüyümüzün bərpası hər zaman əsas yeri tutub. Bugünkü qüdrətli Azərbaycanla, həm regional, həm də qlobal səviyyədə bütün iqtisadi və siyasi məsələlərdə hesablaşılır və ölkəmizin maraqları nəzərə alınır. Prezident Azərbaycan dövlətini təkcə inkişaf etdirmədi, həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Dövlət başçısı olaraq İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi olub. Bu istiqamətdə görülən işlər möcüzəvi uğur sayıla bilər. Belə ki, dünyanın iqtisadi böhranla üzləşdiyi bir zamanda President İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı” proqramları, qeyri-neft sektorunun inkişafı, vətəndaşların social rifah halının yaxşılaşdırılması ötən 20 ilin uğurları sırasındadır. “Dövlət siyasətinin mərkəzində insan amili dayanır”, – deyən Prezident İlham Əliyevin amalı qurub-yaratmaq, xalqımızı daha firavan həyata qovuşdurmaqdır. Hər bir azərbaycanlının Prezidenti olmaq, xalqa xidmət etmək dövlətimizin başçısının həyat fəlsəfəsidir. Daim sadə insanların yanında olan, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşən cənab Prezident ad günlərində şəhid ailələri, məcburi köçkünlərlə görüşür, sosial obyektlərin açılışında iştirak edir. Bütün bu prosesin ümumiləşdirilmiş forması olaraq dünyada qəbul edilən “İnkişafın Azərbaycan modeli”nin müəllifi də birmənalı şəkildə dövlət başçısıdır.
