Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL Niyazi Bayramov sakinlərlə növbəti səyyar görüş keçirib

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Azərbaycan Texnologiya Universitetində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.

Açıq hava şəraitində keçirilən görüşdə millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində keçirilir.

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏLGəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL
Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Niyazi Bayramov Gəncə Uşaq Evini ziyarət edib

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinlərini ziyarət edib, burada yeni məskunlaşan uşaqlarla tanış olub. Gəncə Uşaq Evinin sakinləri ilə görüşən şəhər rəhbəri onların qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqəti və qayğısı ilə əhatə olunublar. Onların fiziki və mənəvi sağlam, savadlı, tərbiyəli və vətənpərvər ruhda böyüdülməsi üçün burada hər cür şərait yaradılıb.

Həmçinin 12 yaşı tamam olan Gəncə Uşaq Evinin sakini Əlibala Abbasovun doğum günü qeyd olunub. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən çay süfrəsi təşkil edilib, Ə.Abbasova və digər uşaqlara müxətlif hədiyyələr təqdim olunub.

Niyazi Bayramov Yeni Gəncə yaşayış massivində sakinlərlə görüşüb

Gəncə Şəhərində silsilə tədbirlər davam edir - ÖZƏL


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Yeni Gəncə yaşayış massivində keçirilən görüşdə Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, bələdiyyə sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Açıq havada baş tutan görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib.
Müraciətlər arasında bir sıra küçə və döngələrin asfaltlanması, işlə təminat, əlilliyin müəyyən edilməsi, mənzil uçotuna alınma, maddi yardımın göstərilməsi və sair məsələlər üstünlük təşkil edib.

Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll üçün tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir və şəhərin müxtəlif ərazilərində təşkil olunur.

Oxşar xəbərlər