Tarixdə böyük şəxsiyyətlər həmişə olub. Hər bir xalq öz tarixi şəxsiyyətlərini sevir, hər daim qəlbində sevgi və fəxrlə yaşadır. Onları böyüklük, ucalıq zivəsinə çatdıran məhz xalqın sevgisi və inamıdır. Bu sevgi həmin şəxsiyyətlərin fəaliyyətinə yönəlikdir. Öz xalqının inkişafı, rifahı üçün çalışan liderlər hər zaman xatırlanır, əməlləri ilə digərlərinə nümunə olurlar.
Müstəqilliyi qazanmaq çətin, onu qorumaq isə daha çətindir. Azərbaycan xalqı hər zaman müasir Azərbaycanın qurucusu, memarı, dövlətimizin inkişafı naminə böyük işlər görmüş, tarixi proseslərə təsir göstərən, tarix yaradan lider Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Azərbaycanın sürətli inkişafı heç şübhəsiz ki, Ümummilli lider Heydər Əliyevin çoxşaxəli, zəngin, yorulmaz fəaliyyətinin nəticəsində baş vermişdir. Bu gün ölkədə həyata keçirilən hər bir tədbir Heydər Əliyev ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir. Heydər Əliyev şəxsiyyəti biz gənclərə Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda fəaliyyətimizdə ən aydın şəxsi nümunədir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev xalqımıza müraciət edərək bildirdi: “......O, yüksək intellektli, praqmatik, düşüncəli, müasir dünya iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalq 2003-cü ilin oktyabrın 15 də Ulu Öndərin vəsiyyətinə əməl etmiş, gələcəyini şəkilləndirəcək səsini məhz stabilliyin, əmin-amanlığın, tərəqqinin, inkişafın təminatçısı ola biləcək liderə vermişdir.
"Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir” cümləsilə cənab İlham Əliyev fəaliyyətin siyasətdə nə qədər önəmli olduğunu bir daha vurğulayır. Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Ölkəmizin dünyaya çıxışını təmin etmək üçün nəqliyyat sistemi yenidən quruldu. Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş olkələri sırasındadır və regional liderliyi təmin etmişdir. Azərbaycanın həmçinin transmilli enerji bazarlarında özünəməxsus yer tutması, eləcə də Avropanın enerji təhlükəsizliyində fəal işirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərir. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi statusunu təsbit edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq
münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir. Respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənməsində Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusi əhmiyyəti var.
18 illik rəhbərlik dönəmində Azərbaycan daha da inkişaf etdi, xalqın rifah halı daha da yaxşılaşdı. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Lider, mühüm qüvvədir, o, mənəvi birliyin təminatçısı, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən əsas şəxsdir. Gənc Azərbaycan dövlətinin dayaqlarını qorumaq üçün çoxəsrlik beynəlxalq əlaqələri bilmək, lazımi anda çevik diplomatik manevrlər etmək zəruridir. Prezident İlham Əliyev dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərə almaqla, beynəlxalq münasibətlərdə nəzəri və empirik səviyyədə dərin biliklərindən istifadə etməklə qlobal təhlükələrdən Azərbaycanı qoruyur, antiazərbaycançı dairlərin ölkəmizdə yaratmaq istədikləri xaosun qarşısını qətiyyətlə alır.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”-İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Müstəqillik dönəmində bir çox sosial proqramlar və layihələr həyata keçirilmişdir. Ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğını xüsusi vurğulamaq lazımdır. Şəhid ailələri, Vətən müharibəsi əlilləri , habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslər Dövlətimizin diqqət mərkəzindədilər. Dövlət başçımızın tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunur.
Ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən edilmişdi və illər sonra öz nəticəsini göstərdi, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. “Ordunun gücü dövlətin gücüdür” deyimi II Qarabağ müharibəsində özünü bir daha sübut etdi. Azərbaycan xalqı illərdi tarixi ədaləti bərpa edəcəyi günü səbirsizliklə gözləyirdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 17 illik gərgin əməyin nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Böyük Qələbəni təmin edən səbəblər məhz İlham Əliyevin effektiv daxili və xarici siyasəti ilə əlaqəlidir. Qətiyyətlə demək olar ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoludur!
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
tarix müəllimi Sərdarlı Aytən