Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Çox maraqlı bir haldır ki, Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda ikinci dəfədir kecirilir. İlk dəfə 1973-cü ildə 24 cü Beynəlxalq Astronavtika Konqresi Bakıda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmisdir. İllər sonra bu konqresin paytaxtımızda yenidən kecirilməsi bizim üçün şərəfdir.
Konqresdə 100-dən çox ölkənin 5000-dən çox nümayəndəsi iştirak edir. Konqres iştirakçılarının ölkəmizi, tariximizi, mədəniyyətimizi tanımaq imkanları da olacaqdır. Azərbaycan on ildən artıq müddətdir ki, beynəlxalq kosmik ailenin üzvüdür. 2013-cü ildə ölkəmiz müstəqillik tarixinin ən önəmli hadisələrindən birini yaşamışdir. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki- “Azərspase-1” uğurla orbitə buraxılmışdır.
Hal-hazırda Azərbaycanın iki telekomunikasiya və bir Yer səthinin müşahidəsi peyki var. Bu peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və Azərbaycandan başqa 45-dən çox ölkəyə xidmət göstərir. Prezident İlham Əliyev konqresdə çıxışı zamanı olkəmizin son illərdə sürətlə inkişaf etdiyini, müstəqillik dövründə beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrildiyini, çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində istirak etdiyini qeyd edib. Prezident qeyd edib ki, Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama hərəkatına başçılıq edir. Bu BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Bundan əlavə Prezident olkəmizin İslam Əməkdaşlıq Təşkilatının və Avropa şurasının üzvü oldugunu da öz çıxışında qeyd edib. Ölkəmizin coğrafi mövqeyinin əhəmiyyətini də vurğulayaraq Azərbaycanın Avropa və Asiya arasında yerləşməsinin geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanının verdiyini qeyd edib. Müstəqil ölkə olaraq təbii sərvətlərimizdən xalqımızın mənafeyinə, müstəqilliyimizin gücləndirilməsinə, milli kimliyimizin qorunmasına xidmət etdiyini bildirib.
Prezident İlham Əliyev çıxışında 3 il bundan öncə 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etməyimizdən də qürurla danışıb. 30 il öncə torpaqlarımızın işğal olduğundan, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınmasından, illər boyunca danışıqlar, sülh yolu ilə həll etməyə calişsaq da bir nəticə əldə edə bilmədiyimizi qeyd etmisdir. Prezident İlham Əliyev 44 gün ərzində əldə etdiyimiz qələbədən və son günlərdə keçirilən anti-terror əməliyyatlar nəticəsində qələbəmizi yekunlaşdırdığımız dan da danışıb.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Könül Mirzəyeva