Azərbaycan Ümummilli lider Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

Azərbaycan Ümummilli lider Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır


Adı müasir tariximizə qızıl hərflərlə yazılan Ümummilli lider Heydər Əliyev Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. Ümummilli lider Heydər Əliyev bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Xalqımız fəxr edə bilər ki, onun ləyaqətli övladı Heydər Əliyev hələ sagliginda ikən öz adini dünyanin sayilib - seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının siyahısına yazmış və bununla da hər birimizin başını uca etmişdi.
Ümummilli liderimiz Heydər Əliyev Tanrının Azərbaycan xalqını sevərək ona bəxş etdiyi fədəkarlıq sinvolu idi. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi. Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək!
Ümummilli lider Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunmuşdu. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi, SSRİ Nazirlər Kabinetinin Sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdi. 1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycanın prezidenti seçilmişdi. Vətəndaş müharibəsinə sürüklənmiş ölkəni xilas edən Ümummilli lider Heydər Əliyev məmləkətə tarixi perspektiv bəxş etdi. 1993-cü ildən ölkədə siyasi böhran yarandığı vaxt ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə yalnız Ümummilli lider Heydər Əliyev götürə bilərdi. Buna görə də Ümummilli lider Heydər Əliyev XX əsrin ikinci yarısında yaşamış, dünyanın ən böyük siyasi xadimlərindən biridir. O, müstəqil Azərbaycanin qurucusu və xilaskarıdır. Onun rəhbərliyi altında respublikamız möhkəmlənmiş, iqtisadiyyatı çiçəklənmiş, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əlaqələr qurmuş, əhalinin rifahı yaxşılaşmışdır.
Bu gün xalqımız Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır, onun irsindən faydalanır. Bu siyasətin müasir icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyev siyasəti yaşayır, dövlət müstəqilliyimiz qorunub saxlanılır, möhkəmləndirilir. Prezident İlham Əliyevin və rəşadətli ordumuzun sayasində xalqımız ərazi bütövlüyünü təmin edir, iqtisadi və siyasi cəhətdən güclü dövlətə çevrilir.
Ulu öndərimiz hər zaman deyərdi ”Dağlıq Qarabağ bizim əzəli və əbədi torpaqlarımızdı və biz mütləq o torpaqlara qayıdacayıq”. Ali baş komandanımız cənab İlham Əliyev sayasində belə də oldu.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Qızyetər Abbasova

Oxşar xəbərlər