Jurnalist Putinə sual verib ki, bəs Paşinyanın başqa liderlərə zəng edərkən Sizə zəng etməməsi və Rusiyadan uzaqlaşmağa çalışması Sizi narahat edirmi? Putin özünə sındırmayaraq münasibətlərdə problem olmadığını, Paşinyanla təmas içində olduğunu, hətta ondan geniş məzmunlu məktub aldığını deyib. Birincisi, Nikol Paşinyanın özü Putinə məktubunda nələr yazdığına aydınlıq gətirməyib. İkincisi, Putin Paşinyandan narazılığı yoxdursa, naziri Sergey Lavrovu və sözçüləri Dmitri Peskovla Mariya Zaxarovanı niyə erməni rəsmilərin üzərinə püskürdüb? Putin bal kimi də narahatdır, sadəcə Ukrayna kimi Ermənistanın aradan çıxmaq istədiyini açıq deyə bilmir.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu