Paşinyan hakimiyyətinin “humanitar təxribatı” artıq bumeraq effekti verir, rəsmi İrəvan özünü “geopolitik bataqlığa” salıb... Azərbaycanı beynəlxalq təzyiqlərə məruz qoyacağına ümid bəsləyən Ermənistan indi tədricən özünün “qazdığı quyu”ya düşməyə başlayıb...
Ermənistan siyasi-ideoloji böhrana doğru irəliləyir. Erməni propoqandası hədəflərindən uzaq qalmaqla yanaşı, iflas dövrünü yaşayır. Halbuki, son vaxtlara qədər rəsmi İrəvan beynəlxalq səviyyədə Ermənistana veriləcək dəstəyə böyük ümidlər bəsləyirdi. Və bu dəstəyin yenə də Ermənistana üstünlük qazanadıra biləcəyinə əminiydi.
Ancaq rəsmi İrəvanın Ermənistanın beynəlxalq himayədarlarına bəslədiyi ümidlər bir-birinin ardınca boşa çıxmaqda davam edir. Üstəlik, bu reallığın olduqca ciddi səbəbləri mövcuddur. Ən önəmlisi isə odur ki, erməni toplumu bu səbəbləri hələ də anlaya bilməyib.
Məsələ ondadır ki, erməni düşüncəsi dünyanın artıq ciddi şəkildə dəyişdiyini indiyə qədər başa düşə bilməyib. Erməni toplumu özünü inandırıb ki, “dünya Ermənistanın ətrafında fırlanır”. Halbuki, “erməni faktoru” hazırda erməni diasporundan aldığı rüvşətdən qidalanan bəzi beynəlxalq siyasətçilərdən başqa heç kimə lazım deyil. Və indi ermənilərin gələcək taleyi heç kimi düşündürmür.
Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, son 30 ildə dünya ciddi şəkildə dəyişib. Müasir texnologiyalar bəşəri düşüncəni öz təsiri altına salıb. Belə şəraitdə bəsit erməni yalanları ilə bütün dünyanı aldatmaq, uydurma iddialarla beynəlxalq məkanı əvvəlki səviyyədə manipulyasiya etmək mümkün deyil. Və indi erməni yalanlarını ifşa edib, əsl reallıqları bütün dünyaya yaymaq elə də əlçatmaz hədəf deyil.
Halbuki, erməni toplumu hələ də bu reallığı qəbul etmək istəmir. Əksinə, erməni propoqanda mexanizmləri 30 il əvvəl olduğu kimi, yenə davamlı uydurduqları yalanları həqiqət kimi dünyaya sırımaq vərdişlərinə sadiqdirlər. Ona görə də, son vaxtlar rəsmi İrəvanın bütün israrlı cəhdlərinə baxmayaraq, erməni propoqandası beynəlxalq məkanda təsirsiz qalmağa başlayıb.
Üstəlik, Azərbaycan da artıq güclənib və rəsmi Bakı beynəlxalq məkana müdaxilə mexanizmləri əldə etməyə nail olub. Azərbaycan hazırda dünyanın bir çox nüfuzlu ölkələri üçün önəmli iqtisadi-siyasi tərəfdaş statusu qazanıb. Və həmin ölkələr isə heç kimə lazım olmayan “erməni faktoru”, eləcə də, faydasız Ermənistan ucbatından Azərbaycanla münasibətlərini korlamaq niyyətində deyillər.
Maraqlıdır ki, rəsmi İrəvanın son vaxtlar Azərbaycana qarşı reallaşdırmağa çalışdığı propoqanda manipulyasiyalarına münasibətdə bu, açıq-aşkar müşahidə olunur. Belə ki, Paşinyan hakimiyyəti Azərbaycanın Qarabağ regionunda erməni azlığının açlıq və səfalət içərisində olduğu barədə yalanları bütün dünyaya qəbul etdirməyə çalışır. Ancaq rəsmi Bakı bunun əksini sübut edən real faktları yaymaqla, erməni propoqandasını darmadağın etməyi bacarır.
Digər tərəfdən, Paşinyan hakimiyyəti Azərbaycanı “blokada” ittihamına məruz qoymaq üçün Laçın postuna “humanitar yük” göndərib. Rəsmi İrəvan bu “humanitar yük”ün Laçın postundan buraxılmayacağını böyük ehtimalla əvvəlcədən bilirdi. Çünki rəsmi Bakıdan icazə alınmamışdı. Və Paşinyan hakimiyyətinin əsas məqsədi də bu təxribatla məhz Laçın postunun qapalı olduğunu sübut etməkdən ibarətiydi.
Ancaq rəsmi İrəvanın məqsəd və hədəflərinin reallaşmayacağını Ermənistanda da artıq anlamağa başlayıblar. Belə ki, rəsmi Bakı “humanitar yük”ün keçməsi üçün Azərbaycandan icazə alınmadığını bəyan edib. Ermənistanın davranışları təxribat kimi dəyərləndirilib. Hər halda, beynəlxalq hüquq normalarına görə, Azərbaycanın öz sərhədlərinə nəzarət hüququ mövcuddur. Və rəsmi Bakı Azərbaycanın bu suveren hüquqlarından istifadə edir.
Ona görə də, heç bir beynəlxalq qurumun Azərbaycanı hər hansı “blokada”da ittiham etməyə haqqı yoxdur. Üstəlik, rəsmi Bakı “humanitar yük”ün müəyyən sərhəd prosedurları çərçivəsində alternativ marşrutla – Ağdam-Xankəndi yolu ilə də keçirilə biləcəyini vurğulayıb. Və bununla da həm Ermənistana, həm də onun beynəlxalq himayədarlarına “Laçın dəhlizi daha yoxdur” mesajı verib.
Təbii ki, Ermənistanın “humanitar yük” təxribatı indi tədricən bumeranq effekti verməyə başlayıb. Çünki əgər, məqsəd Qarabağın erməni azlığına “humanitar yük” çatdırmaqdırsa, Ağdam-Xankəndi yolu ilə bunu etmək mümknüdür. Ancaq rəsmi İrəvan bundan imtina etməklə, Qarabağın erməni azlığı barədə deyil, məhz Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaq barədə düşündüyünü ortaya qoyur. Və bununla da özünü birmənalı şəkildə ifşa edir.
Şübhəsiz ki, rəsmi Bakı öz prionsipial mövqeyindən heç bir halda geri çəkilməyəcək, “humanitar yük” Laçın postundan buraxılmayacaq. Beynəlxalq siyasi dairələr də bu mövzu ilə bağlı Azərbaycana təzyiq göstərə bilməzlər. Çünki rəsmi Bakının bütün qərarları və atdığı addımlar məhz beynəlxalq hüquq normalarına uyğundur.
Beləliklə, Paşinyanın növbəti provokativ manipulyasiyalar üzərindən beynəlxalq məkanda Azərbaycana qarşı propoqanda qurmaq cəhdi boşa çıxmış kimi görünür. Əslində, indi Paşinyan hakimiyyətinin “humanitar yük”ün İrəvana geri qaytarılması üçün uyğun şəraitin yaradılması üzərində düşündüyü barədə də müəyyən məlumatlar mövcuddur. Çünki Paşinyan hakimiyyəti “humanitar yük”ün İrəvana qaytarılmasından sonra Ermənistan cəmiyyətində növbəti siyasi-ideoloji uğursuzluqla bağlı ittihamlarla üzləşəcəyindən narahatdır.
Belə anlaşılır ki, rəsmi Bakının prinsipial mövqeyi Ermənistanı olduqca cətin vəziyyətə salıb. Hətta hesab etmək olar ki, rəsmi Bakı “humanitar yükü” geri Paşinyan hakimiyyətinin çiyninə yükləməyi bacarıb. Ermənistan indi bunun altında qalaraq, tədricən əzilməyə başlayıb.(Yeni Müsavat)