Mehman Soltanov: Yeni mərhələ

Mehman Soltanov: Yeni mərhələ Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov - Cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ötən dövr ərzində görülmüş işləri, həyata keçirilmiş tədbirləri geniş şəkildə təhlil etdi və qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Son altı ayın iqtisadi göstəriciləri bir daha təsdiq edir ki, ölkəmiz davamlı olaraq inkişaf edir. Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasından, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də nəzərdə tutlmuş planlardan bəhs etdi. Prezident İlham Əliyev onu da vurğuladı ki, infrastruktur layihələrinin icrası yalnız Qarabağ və Şərqi Zəngəzuru deyil, bütövlükdə ölkə ərazisini əhatə edir. O cümlədən, Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı da dövlət proqramı qəbul edilmişdir. Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır. Proqram ölkəmizin öz resurslarına əsaslanıb. Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qoyulub. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Naxçıvanda günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Burada məqsəd həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin etmək, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac etməkdir.

Cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin böyük hissəsinin artıq rəsmən “yaşıl enerji” zonası elan edilməsi fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ölkə başçısı bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor ölkəmizin təbiətini zəhərləyib. Gədəbəy vətəndaşların bir hissəsi də təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edilib və bir neçəsi məsuliyyətə cəlb olunublar. Xaricdəkilər də məsuliyyətə cəlb ediləcəklər. Prezident İlham Əliyev bu haqda danışarkən xüsusilə bildirdi ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Vətəndaşlar qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil.

Ölkə başçısı müşavirədə qeyd etdi ki, araşdırmaların obyektivliyi təmin olunmalı, təbiətimiz məhv edilməməli və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəydə baş vermiş vəziyyətlə bağlı bu cür yanaşması qəbuledilməz olduğunu vurğulayan ölkə başçısı prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlərin verildiyini bildirdi. Ciddi araşdırmalar aparılmalıdır və ölkənin rəhbərliyinə, habelə ictimaiyyətə açıqlamalar verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə diqqət yetirməyib və biganə qalıb, araşdırmaların nəticələri barəsində heç bir məlumat yoxdur. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Azərbaycan qanunlarına, ekoloji tarazlığa hörmət edilməlidir. Təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, şirkətin fəaliyyəti dayandırılmalıdır.

Oxşar xəbərlər