Balıq ovuna qoyulan müvəqqəti qadağa bitdi. Amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrın 1-ni gözləməlidir.
Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov "Xəzər Xəbər"ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə ölkədə may ayından başlayaraq sentyabrın 1-dək balıq ovlamaq qadağan olunub.
Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Ancaq bu gündən həvəskar balıqçılara balıq ovlamağa icazə verildi.
Balıqçılar qeyd edirlər ki, onlar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var.
Dosent Süleyman Süleymanov deyib ki, artıq bir çox balıqlar kürülərini tökdüyündən həvəskar balıqçıların ovu gələcəkdə balıq ehtiyyatının azalmasına təsir göstərməyəcək.
Ölkədə balıqların sənaye məqsədilə ovlanması qadağası isə sentyabr ayınadək davam edəcək.