Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara, xüsusən də balıq ovu ilə məşğul olan şəxslərə balıqların icazəsiz ovlanmasının qarşısının alınması ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Qırmızı Kitabı”a daxil edilmiş dəniz sıfı, qaya balığlı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığı və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş nərə, bölgə, uzunburun kimi balıq növlərinin ovlanması qanunvericiliklə qadağan edilib.
"Qadağalara baxmayaraq, bəzi hallarda balıq ovu biletlərinin (kvota) tələbləri kobud surətdə pozulur, qaydalara məhəl qoyulmadan ovu qadağan olunmuş nərəkimilər və digər balıq növləri ovlanır. Bu cür hallara Xəzər dənizinin sahil sularında tez-tez rast gəlinir. Təəssüf ki, balıqçılar təbiətə vurduqları zərərin fərqinə varmadan və məsuliyyəti dərk etmədən körpə nərə balıqlarını tutur, onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaradır, eyni zamanda digərlərinin də sayının azalmasına səbəb olurlar".
Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə balıqların icazəsiz ovuna görə təbiətə dəyən ziyanın məbləği “Qırmızı Kitabı”a daxil edilmiş bir baş balıq üçün 275 manat, bir baş bölgə 247,5 manat, ağ qızılbalıq, nərə, uzunburun balıqları üçün 220 manat təşkil edir. Dövlət təbiət qoruqları və digər xüsusi mühafizə olunan təbiət ərazilərində icazəsiz ovlanmış su bioresursları üçün təbiətə dəymiş ziyana görə ödəmələr hər bir balıq növünə görə üçqat ölçüdə hesablanır.
Çəkisindən və ölçüsündən asılı olmayaraq, ovu qadağan olunmuş 2 baş balığın icazəsiz ovlanması nəticəsində təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır. Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər bioresursların kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə, qoruqların ərazisində və ya fövqəladə, yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə isə 3000 manatdan 6000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildildiyi təqdirdə 6000 manatdan 9000 manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə 700 manatdan 1700 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulur:
"ETSN vətəndaşlara, xüsusən də balıq ovu ilə məşğul olan şəxslərə tövsiyə və xəbərdarlıq edir ki, balıqların icazəsiz ovlanmasına, satışına və alışına son qoysunlar. Əks təqdirdə, yaxın gələcəkdə bir çox nadir balıq növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi yaranar. Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə və gələcək nəsillər üçün qorumağa çağırırıq".