Qanunsuz fəaliyyət göstərən balıq sexi aşkarlanıb

Qanunsuz fəaliyyət göstərən balıq sexi aşkarlanıb Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncədə qanunsuz hisə verilmiş balıq istehsalı ilə məşğul olan sex aşkarlanıb.
Aparılan yoxlamalar nəticəsində məlum olub ki, Zeynal Xəlilov küçəsi ev 1 ünvanında yaşayan Fuad Salmanov şəxsi məhəlləsində heç bir gigiyenik və sanitar normalara əməl etmədən balıq məhsullarının hisə verilməsi və satışını təmin edib

Yoxlamalar zamanı satış üçün hazır olan 120 kq, həmçinin hisə verilməyən natəmiz qablarda saxlanılan 80 kq məhsul dövriyyədən çıxarılıb. Sexin fəaliyyəti isə ümumiyyətlə dayandırılıb.


Oxşar xəbərlər