Sinan Oğan nazir postuna gətirilir?

Sinan Oğan nazir postuna gətirilir? Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanın hökumətində yer alacağı iddia edilir.

Yerli xəbər verir ki, hökumətdə sırf S.Oğan üçün yeni nazirliyin yaradılığı qeyd olunur. Siyasətçinin türk dünyası və MDB ölkələri üzrə nazir postuna təyin ediləcəyi vurğulanır. Onun türk dili ilə yanaşı, rus və ingilis dilllərini bildiyinə görə bu posta ən layiqli fiqur hesab edilir.

Oğanın bu təklifə hələ konkret cavab vermədiyi və onun hökumətdə vəzifə tutmaq istəyinin olmadığı deyilir.

İddialara görə, S.Oğan yeni siyasi partiya yaratmağa hazırlaşır. Onun milliyyətçi ideologiyanın daşıyıcısı olan yeni siyasi təşkilat yaradaraq, türk milliyyətçilərini ətrafına toplamaq niyyətindədir.

Məlumat üçün bildirək ki, Sinan Oğan türk milliyyətçisi cameəsinin nüfuzlu simalarından sayılır.

Oxşar xəbərlər