Xaricdən gələn səslərin İLKİN NƏTİCƏLƏRİ - YENİLƏNİB

Xaricdən gələn səslərin İLKİN NƏTİCƏLƏRİ - YENİLƏNİB Türkiyə prezidenti seçkilərində ölkə xaricindəki seçki bülletenlərinin 67,33%-i sayılıb.

TRT-yə istinadla xəbər verir ki, xaricdəki səsvermədə Ərdoğan liderdir.

Belə ki, xaricdəki səsvermədə:

Rəcəb Tayyib Ərdoğan: 55,36%

Kamal Kılıçdaroğlu: 41,26%

Sinan Oğan: 2,20% səs qazanıb.

***

Türkiyədə keçirilən prezident və parlament seçkiləri üçün xaricdə verilən səslərin ilkin nəticələri açıqlanıb.

Hazırda birinci yerdə Rəcəb Tayyib Ərdoğan, ikinci yerdə isə Kamal Kılıçdaroğlu qərarlaşıb.

Bildirilib ki, 3 milyon 416 min 98 seçici üçün 73 ölkədə və 156 xarici nümayəndəlikdə seçki qutusu komitələri yaradılıb.

Xarici səslərin ümumi vəziyyətini təqdim edirik:

Rəcəb Tayyib Ərdoğan: 55,27 %
Kamal Kılıçdaroğlu: 41,33 %
Sinan Oğan: 2,15 %
Məhərrəm İncə: 1,25 %

Oxşar xəbərlər