DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ YAP-IN RAYON ƏRAZİ PARTİYA TƏŞKİLATLARININ SƏDRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ  YAP-IN RAYON ƏRAZİ PARTİYA TƏŞKİLATLARININ SƏDRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB Aprelin 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyevlə birgə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına və YAP Mərkəzi Aparatının nəzərdə tutulmuş tapşırığının icrasına əsasən YAP-ın rayon üzrə ərazi partiya təşkilatlarının sədrləri ilə YAP rayon təşkilatının iclas zalında görüş keçiriblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş iştirakçılarını xeyirxahlıq, həmrəylik və bərabərlik rəmzi olan Ramazan bayramı münasibətilə təbrik edən icra başçısı Əhəd Abıyev çıxışında deyib:
- Bu ilin may ayının 10-da Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcəkdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı möhtərəm Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir, yubiley tədbirləri böyük sevgi və ehtiram hissi ilə qeyd olunur.
Dahi şəxsiyyət Heydər Əliyevin adı bəşər tarixinə əbədi həkk olunmuşdur. Dünyanın tanınmış 100 siyasətçisi sırasında böyük öndər Heydər Əliyevin adının olması təsadüfi deyil. Onun keçirtdiyi zəngin həyat məktəbi öz xalqını, vətənini, millətini sevən hər bir kəs üçün örnəkdir. Ölkəmizdə bütün sahələr üzrə inkişaf Heydər Əliyev siyasətinin uğurları ilə bağlıdır.
Mən bir ictimai-siyasi xadim kimi çox xoşbəxtəm ki, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin bilavasitə məktəbini, siyasi kursunu keçən millət vəkili olmuşam, onun ideyalarına, Yeni Azərbaycan Partiyasına sədaqətlə xidmət etmişəm. Ulu Öndər Heydər Əliyevin mənə olan diqqət və qayğısını tam məsuliyyətimlə hiss eləmişəm. Hər zaman da çalışmışam ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edim, dövlətçiliyimizin inkişafında, xalqın həyatında üzərimə düşən vəzifə borcumu yerinə yetirim.
Ulu Öndərimiz Heydər Əliyevlə bağlı millət vəkili olduğum o günləri fəxrlə xatırlayıram. Onun haqqında günlərlə, aylarla danışmaq olar. Heydər Əliyevin rəhbərliyi altında işləmək mənim həyatımda böyük bir uğurlu məktəb olub. Həyatımın bəzi ictimai-siyasi məqamlarını onunla birlikdə yaşamışam. Bu barədə o dövrdə mənim televiziya çıxışlarım, mətbuatda çoxsaylı yazılarım və görüşlərim olub. O dövrdə elə ciddi, yaxın məqamlar olub ki, mən indi də onlar barədə açıqlayıb danışa bilmərəm.
Ölkəmizin həyatında elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izləri, parlaq əməlləri görünməsin. Ulu Öndərin qətiyyətlə, əzmlə həyata keçirtdiyi müdrik daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası bütün dünyada böyük nüfuz qazanan, söz sahibi olan güclü bir dövlətə çevrilmişdir.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, başlatdığı nəhəng işlərin icrası onun ən layiqli davamçısı və siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əməli fəaliyyəti, xalqına, Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanmış möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlir.
Biz daşkəsənlilər yaxşı bilirik ki, Ulu Öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Bugünkü müstəqil, demokratik Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin yaratdığı şah əsərdir. Bu gün bura toplaşmağımız da ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş dahi Ulu Öndə rin əziz xatirəsinə göstərilən dərin məhəbbət və ehtiramın bir ifadəsidir.
Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi biz daşkəsənlilərin qəlbində daim yaşayacaqdır.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin ən əsas müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir Azərbaycan dövlətinin yaradılması olmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən və əbədiyaşar ideyalarından, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edilib.
Görüşdə həmçinin YAP rayon təşkilatında üzvlərə dair məlumatlarının dəqiqləşdirilməsi, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı YAP rayon təşkilatının mayın 24-də keçirəcəyi konfransa hazırlıq, partiya üzvlüyünə qəbul və gündəlikdəki digər məsələlər təhlil edilib.
Sonra YAP-ın rayon üzrə bir neçə ərazi partiya təşkilatının hesabat məruzələri dinlənilib, müzakirələr aparılıb və qarşıdan duran vəzifələr müəyyən olunub.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər