Fransızlar prezident Makronu fitə basdılar

Fransızlar prezident Makronu fitə basdılar Fransa Prezidenti Emmanuel Makron ölkə boyu kütləvi etirazlara səbəb olan pensiya islahatlarının yekun qəbulundan sonra ölkənin şərqinə ilk səfəri ciddi etirazla qarşılanıb.

“Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Fransanın şərqindəki Elzas şəhərinə gələn Makron Selest kommunasının əhalisi ilə görüşmək istəyib, ancaq bu alınmayıb. Belə ki, əhali onu etiraz sədaları və fitə basmaqla qarşılayaraq, görüşməkdən imtina ediblər.

Fransa Prezidentinə ünvanlanan tənqidi qışqırıqlarına və fit səslərinə baxmayaraq, o qeyd edib ki, “insanların şikayətlərini birinci dəfə deyil ki, eşidir”.

“Mən daha pis şeylər görmüşəm”, - Makron deyib.

Teleqram kanallar isə yazır ki, "Makron canını yaxşı qurtardı. Yaxşı ki, ona nəsə atmadı".

Oxşar xəbərlər