
Azvision.az xəbər verir ki, Makron 20 dəqiqəlik çıxışı ilə diqqət çəkib.
O, “ABŞ-ın Suriya məsələsində verdiyi qərara görə təəssüflənirəm. Müttəfiqlər etibarlı olmalıdır” deyərək, Afrika regionunda terrorçularla mübarizə aparan Fransa ordusuna müraciət edib.
Bu zamanı fransalı hərbçi özündən gedərək yerə yıxılıb. Bunu görən Makron əvvəlcə təəccüblənərək nə edəcəyini bilməyib. Daha sonra isə köməyə qaçan digər insanlara qoşularaq, hərbçiyə su verib. Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.