Paşinyan: Sülh bu halda mümkündür

Paşinyan: Sülh bu halda mümkündür “Bizə məlum olan bir çox qüvvələrin əsas məqsədi bizi vətəndaşlarla söhbətimizə mane olmaq, kabinetlərimizə, hökumət binalarımıza qapanmaq və Ermənistan vətəndaşları ilə emosional və siyasi əlaqəni kəsməkdir. Belə bir şeyə yol verməməliyik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Əslində biz insanlara ev-ev, kənd-kənd, şəhər-şəhər gəzərək baş verənləri, ölkəmizin ətrafında yaşananları izah edəndə onlar bizi yaxşı başa düşəcək və anlayacaqlar, əks halda, biz burada olmazdıq.
Ermənistan bütün beynəlxalq münasibətlərdə nəinki bu gün, həm də gələcək üçün aydın şəkildə bəyan etsə ki, Ermənistanın 29 min 800 kvadrat kilometr ərazidən başqa, daha dəqiq desək, Ermənistan SSR dövründəki ərazidən başqa hər hansı bir ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur, o zaman sülh mümkündür. Biz Ermənistanın gələcəyinə inanan bütün insanlara cavabdehik. Mən həmçinin gələcəyə şübhə ilə yanaşan bütün insanlara qarşı müstəsna məsuliyyətimizi bildirməliyəm. Sülh bütün dörd qonşumuzla münasibətləri tənzimləmək deməkdir”, - Paşinyan qeyd edib.

Oxşar xəbərlər