Xarici işlər nazirləri arasında telefon danışığının olmasına baxmayaraq, İran özünü təhlükədə hiss edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfəri onları narahat edir, ona görə də bölgədə vəziyyətin gərginləşməsində maraqlıdırlar.
Bu sözləri Axar.az-a dünən Azərbaycan sərhədinin Laçın istiqamətində baş verən döyüşlər haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.
Karakuş Azərbaycanın daha çox İrana diqqət yetirməli olduğunu, Moskvanın bölgədə Qərbə qarşı Tehranı irəli verdiyini bildirib:
“İranın Azərbaycanla bağlı narahat olduğu məsələlər bəllidir. Bunlardan birincisi Cənubi Azərbaycandakı türklər, ikincisi isə Zəngəzur dəhlizi məsələsidir. 4 min terrorçunun Suriya və İraqdan Qarabağa göndərilməsinə hazırlıq məsələsi, dünənki təxribata İrandan Ermənistana gedən xüsusi bir qrupun hazırlıq görməsi hamımıza məlumdur. Rusiya isə Ermənistanı Qərbə qapdırmaq istəmir, lakin Ukraynada gücdən düşdüyü üçün sərt addımlar da ata bilmir. Ona görə də İranı Cənubi Qafqazda Qərbə qarşı qoyur. İran isə öz növbəsində fürsətdən faydalanaraq Ermənistanda Rusiyanın yerini tutmaq istəyir.
Digər bir məsələ Xankəndi və ətrafında yaşayan ermənilərə təsirdir. Azərbaycan Qarabağdakı ermənilərlə bağlı oranın infrastrukturunun yenilənməsindən tutmuş reinteqrasiya məsələlərinə qədər, bütün sahələrdə təşəbbüsü əlinə almaq üçün həmlələr edir. Təbii ki, rəsmi Bakının qətiyyətli mövqeyi və atdığı addımlar bəzi ölkələrin narahatlığına səbəb olur. Fikrimcə, belə toqquşmalar yenə yaşana bilər, Azərbaycan İranın manevrlərinə daha çox diqqət yetirməlidir”.
General onu da vurğulayıb ki, ehtiyac yaranacağı halda, Türkiyənin Azərbaycanda hərbi bazalar qurması mümkündür:
“Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olmasını, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq öz mənfəətləri naminə buna əngəl törədənlər var. Ona görə, bölgədə gərginliyin və təhdidlərin artması halında Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanın bəlli yerlərində Türkiyə hərbi bazalarının qurulması mümkündür. Təbii ki, öncə rəsmi Bakı bununla bağlı Ankaraya müraciət etməlidir. Müraciət olunduğu halda Türkiyə üzərinə düşəni etməyə, qardaşının yanında olmağa hər zaman hazırdır”.