Son dövrlər İranın Azərbaycana qarşı yönəltdiyi siyasət bundan xəbər verir ki, İran Azərbaycanın güclənən nüfuzunu qəbul edə bilmir. İran daxilində baş verən proseslər Cənubi Azərbaycan faktorunun ortaya çıxması və s. İranı narahat edən məsələlərdir. Belə olan halda İranın indiki vəziyyətdə ölkə daxilindəki proseslərdən fikrini yayındırmaq üçün ən optimal variant Azərbaycana qarşı belə təxribat hallarını artırmaq və bu proseslərdən istifadə edərək ölkə daxilində fikri yayındırmaq, bunu Azərbaycana tərəf fokuslandırmaqdan ibarətdir. Bununla paralel olaraq Ermənistana yaxşı görünməyə çalışır. Çünki İranın Ermənistan sevdası artan xətt üzrə davam edir və orada Qafanda açdığı konsulluqdan, sonra İran tərəfinin Ermənistana dron satmaqla verdiyi dəstək, bunların hər biri, əslində, bu və digər formada İran Azərbaycan münasibətlərinə ciddi zərbə vuran amillərdən hesab oluna bilər.
Azərbaycanın dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarına sahib çıxması da İranı ciddi narahat edən səbəblərdir. İran ərazisində yaşayan 40 min Cənubi Azərbaycan türkü var və bu da onu narahat edir. Həmçinin, Fransa əzəli və əbədi formada anti-Azərbaycan, antimüsəlman mövqeli bir dövlətdir. Hal-hazırda Ermənistanla münasibətləri yüksək səviyyədədir və bu ondan xəbər verir ki, Fransa, əslində, erməni lobbisi təsiri altında olmaqla bərabər həm də öz nifrətini bu formada Ermənistan üzərindən yağdırmağa çalışır. Belə bir hərəkətin edilməsi Azərbaycana ciddi təsir edən amillər deyil. Lakin sözügedən dövlətlərə ciddi təsir edən amillərdir. Bu isə o deməkdir ki, bu proseslər gələcəkdə daha böyük problemləri onlar üçün yaradacaq. Bu gün Fransanın Azərbaycana qarşı tutduğu mövqe onun Cənubi Qafqazdan daha da uzaqlaşdırmağa aparıb çıxarır, bu isə yaxın gələcəkdə Fransanın bölgədən çıxarılmasına gətirib çıxaracaq.
Natiq Mussayev-Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə