Ruslar tükənib, müharibə bu il bitəcək - Qudkov

Ruslar tükənib, müharibə bu il bitəcək - Qudkov Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumuna görə Rusiyanın hərbi-siyasi rəhbərliyində isterika davam edir, eyni zamanda işğalçıların özləri də fiziki və mənəvi cəhətdən tükəniblər. Müharibənin bu il bitməsi ehtimalı var.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı müxalif siyasətçisi Gennadi Qudkov deyib.

Qudkov qeyd edib ki, Rusiya işğalçı qüvvələri döyüş sursatı, ərzaq və digər təchizatla bağlı vəziyyəti yaxşılaşdıra bilsə də, itkiləri artmaqda davam edir:

“Rusiya döyüş ruhunu və hücum qabiliyyətini itirir. Və o, başa düşsə ki, heç bir nəticə yoxdur və Ukrayna güclənir, o zaman müharibə sonsuza qədər davam edə bilməz. Mən həqiqətən Ukraynanın gələcək əks-hücumuna çox inanıram”, - siyasətçi vurğulayıb.

Oxşar xəbərlər