Ukraynadakı ən son vəziyyət: 17 batalyon vuruldu, hücum edilir...

Ukraynadakı ən son vəziyyət: 17 batalyon vuruldu, hücum edilir... Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı müharibə ilə bağlı ən son vəziyyəti açıqlayıb.

“Ukrayna 24” xəbər verir ki, Podolsk istiqamətində Rusiya qüvvələri paytaxtın şimal və şimal-qərb istiqamətindən qarşısını almaq üçün Qoreniçi, Qostomel, Demidov sərhədləri boyunca Kiyev istiqamətində hücumu davam etdirməyə çalışır.

Jitomir bölgəsində 3-ə qədər batalyon-taktiki qrupları var.

Şimal istiqamətində Rusiya qüvvələrinin 17 batalyon-taktiki qrupu canlı qüvvə və texnika itkisinə baxmayaraq, şimal-şərqdən Kiyevin qarşısını almaq üçün hücum əməliyyatlarını davam etdirir.

Digər istiqamətdə, Svitilnya, Peremoqa və Hostroluçça yaşayış məntəqələri ərazilərində düşmən qoşunları hücum potensialını itirib.

Rusiya qoşunları Ukraynanın Sumı, Lebedin və Axtırka şəhərlərini mühasirədə saxlamaq üçün uğursuz cəhdlər edir.

Qarşı tərəf itki verərək Boxoduxiv, Çuqiv, Şevçenkovski yaşayış məntəqələri yaxınlığında dayandırılıb.

Donetsk istiqamətində isə uğur qazana bilməyən Rusiya qüvvələri Mariupol şəhərini blokadaya almağa yönəlib.

Tavriya istiqamətində düşmən Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirir.

Qara Dəniz Əməliyyat Bölgəsində düşmən dəniz dəstəsini yerləşdirir və dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir.

Qoşunlarını irəlilədə bilməyən ruslar mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir.

Rusiya tərəfi bütün istiqamətlərdə itkilər verib.

Oxşar xəbərlər